Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Siyasət / 13.12.2019 12:53

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qonağı salamlayan Ombudsman Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa əsaslandığını deyib. O bildirib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ombudsman Azərbaycan ilə Türkiyənin beynəlxalq miqyasda daim bir-birini dəstəklədiyini qeyd edib.

Ombudsman Azərbaycanın ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüz nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunan Səbinə Əliyeva Azərbaycanın haqq işinin dəstəklənməsində qardaş ölkənin göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu deyib.

Görüşdə həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvü olduğu, habelə Türkdilli ölkələrin Ombudsmanları Şəbəkəsinin yaradılması istiqamətində işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səbinə Əliyeva qardaş ölkə ilə insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. O, Azərbaycanda Ombudsman təsisatının fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.

İki ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını deyən E.Özoral Dağlıq Qarabağ münaqişəsinin həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. E.Özoral Azərbaycan və Türkiyənin Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və təsisatların beynəlxalq səviyyədə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb.



SON XƏBƏRLƏR

2020-09-23

18:13 Şuranın dəstəyilə şəhid və qazi ailələrinə sosial-humanitar yardımın gəstərilməsinə başlanılıb

17:20 Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi

17:00 Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)

16:19 ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)

15:50 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

15:36 Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır

15:10 Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır

14:40 Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir

14:18 Şuranın dəstəyilə “Sosial təminat - hamı üçün” adlı maarifləndirici vəsait nəşr olunub

14:00 Lavrov: Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir

13:21 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar (FOTO) (YENİLƏNİB)

13:06 Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ

12:23 AMEA saytının baş redaktoru yeni vəzifəyə təyin edildi

12:03 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

11:52 Kiyevdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

10:59 Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

10:50 Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib

10:44 Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək

10:28 Spiker: Suriya və Livan qaçqınlarının Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması narahatlıq doğurur

10:20 Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir (YENİLƏNİB)

09:30 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

09:00 Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb (FOTO)

2020-09-22

17:00 Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?

16:54 Aydın Hüseynov: Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcək

16:46 Vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran şirkət rəhbərlərinə cinayət işi açıldı

16:16 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO

16:10 Mehriban Əliyeva Bakıda Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak etdi - FOTO

15:49 Şuranın dəstəyilə “Qarabağın tarixi abidələri barədə həqiqətlərin dünyaya catdırılması” mövzusunda onlayn konfrans keçirilib

15:46 Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi

15:42 QHT sədri: “Hərbi təxribatlar Paşinyanın sonunu gətirəcək”

15:36 Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub

15:31 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar (YENİLƏNİB) (FOTO)

15:31 Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb