BDU ilə “AzerGold” QSC arasında əməkdaşlıq protokolu imzalayıb (FOTO)

İqtisadiyyat / 20.12.2019 16:03

Bakı Dövlət Universiteti (BDU) ilə "AzerGold” QSC arasında əməkdaşlığa dair Protokol imzalanıb.

"AzerGold"dan Trend-ə verilən məlumata görə, protokolu BDU-nun rektoru Elçin Babayev və "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıb.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev ölkədə qeyri-neft senayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. "AzerGold” ilə əməkdaşlıq əlaqalərinə toxunan rektor Protokolun təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitlərinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirib. Rektor əməkdaşlıq əlaqələrinin qurulmasını davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində vacib amil olduğunu qeyd edərək ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələrin əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olacaqlarını vurğulayıb.

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyri-neft senayesinin inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, "AzerGold” dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlara əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir. Şirkətin qısa müddət ərzində qeyri-neft sektorunun ixracatçıları arasında ön sıralara çıxmasını vurğulayan Z.İbrahimov hər bir müəssisənin uğuru idarəetmə ilə yanaşı, peşəkarlıq səviyyəsi yüksək olan kadrların səmərəli fəaliyyətindən asılı olduğunu qeyd edib. Qurum tələbələrə öz bilik və bacarıqlarını artırmaq istiqamətində dəstək olur, təcrübələri üçün şərait yaradır. BDU-nun yalnız təhsil ocağı deyil, həm də məhsuldar araşdırmalar və innovativ ideyalar üçün uğurlu bir platforma olduğunu deyən Z.İbrahimov bu platformadan elmi tədqiqatlar, kadr potensialının möhkəmlənməsi və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətini açıqlayıb.

BDU və "AzerGold” arasında imzalanmış Protokolda birgə əməkdaşlıq sahələri kimi faydalı qazıntı yataqlarının əmələgəlmə şəraitlərinin araşdırılması və yerləşmə qanunauyğunluqlarının tətqiq edilməsi, filiz nəzarətedici və yerləşdirici strukturlarının aşkarlanması və modelləşdirilməsi, proqnozlaşdırma kriteriyalarının işlənib hazırlanması, onların geoloji kəşfiyyat proseslərindətətbiqinin optimallaşdırılması və bu əsasda proqram təminatının hazırlanması kimi məsələlər nəzərdə tutulur.Birgə elmi-praktiki konfranslar və fikir mübadiləsi üçün işçi görüşlərin təşkili, Universitetin gənc mütəxəssislərinin və elmi-texniki personalının "AzerGold”un kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparması üçün lazımi şəraitin yaradılması kimi məsələlər də Protokolda öz əksini tapıb.




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb