Azay Quliyevin məqaləsi Avropanın tanınmış 2 dərgisində çap olunub

Siyasət / 23.12.2019 10:00
Azərbaycan 5-ci çağırış Milli Məclisinin deputatı, ATƏT PA vitse-prezidenti Azay Quliyevin "Aparılan islahatlar Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini şərtləndirir. Azərbaycana nəyə görə islahat yönümlü Parlament lazımdır?” adlı məqaləsi Avropanın tanınmış "The London Post” və "EU Today” dərgisində çap olunub.
Azvision.azxəbər verir ki, məqalədəAzay QuliyevAzərbaycanda son dövrlərdə həyata keçirilən geniş miqyaslı islahatlara bir neçə aspektdən yanaşaraq analiz edib. Qeyd olunub ki,Prezidentİlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dəyişikliklərin mahiyyətini anlamaq üçün 2018-ci ilin aprel ayından sonra aparılan islahatların əsas məqsədləri, alətləri və nəticələrinə diqqət kəsilmək lazımdır.

Məqalə islahatların sosial rifah yönümünün şərhi ilə başlayır. Bu bölümdə sosial təminat sahəsində aparılan islahatlar, atılan addımlar şərh edilib. Əmək münasibətləri və sosial müdafiə sahələrində dövlət xidmətlərinin göstərilməsinin səmərəliliyini və effektivliyini artırmaq üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) yaradılması faktına toxunulub. Bildirilib ki, 2019-cu ilin may ayında açılan birinci DOST MərkəziƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə digər aidiyyəti dövlət qurumları tərəfindən göstərilən 130-dan çox xidməti cəmləşdirən "vahid pəncərə" rolunu oynayır. Bu günə qədər 50 mindən çox Azərbaycan vətəndaşı DOST Mərkəzinin xidmətlərindən istifadə edib.
Məqalədə geniş şərh olunan digər məqam islahatların iqtisadi yönüdür. Müəllif bu bölümdə qeyri-neft sektorunu möhkəmləndirən, eləcə də xarici tərəfdaşlar və investisiyalar üçün əlverişli və etibarlı bir məkana çevrilən Azərbaycan iqtisadi inkişafın yeni mərhələsindən söhbət açıb. Əlavə edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye sektorunda və digər sahələrdə inkişafın müsbət dinamikası müşahidə olunur. Habelə Davos İqtisadi Forumunun 2019-cu il Qlobal Rəqabətlilik Hesabatına görə Azərbaycan "Biznesə başlamaq üçün vaxt" indikatoru üzrə 8-ci yerdə qərarlaşmasını xatırladılıb. Hüquqi şəxslərinin qeydiyyatınn asalnaşdırlması, gömrük sahəsində elektron bəyannamə sisteminin və "vahid pəncərə” prinsipinin tətbiqi, "kölgə" iqtisadiyyatının aradan qaldırılması məqsədilə vergi və digər müvafiq sektorlarda həyata keçirilən islahatlardan geniş söz açılıb.



"İcra hakimiyyətində institusional islahatlar” məqalədə toxunulan üçüncü böyük analiz predmetidir. Bu bölümdə mobil və çevik icra hakimiyyətinin yaradılması, uğurlu kadr siyasəti, yüksək idarəetmə və innovativ həllər barədə Azərbaycanda görülən işlərdən geniş söz açılır. Qeyd olunur ki, elektron hökumət sahəsində ən yeni nailiyyətlərin tətbiqi, Azərbaycanın regionun innovativ mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi və ən yüksək səviyyədə yaxşı idarəetmənin, şəffaflığın, hesabatlılığın, ictimai nəzarətin və dövlətlə vətəndaşlar arasında qarşılıqlı kommunikasiyanın təmin edilməsi islahatların əsas elementləridir.

"Azərbaycan uzun illərdir ki, bu sahədə ardıcıl inkişaf edir. Məsələn,ASAN Xidmətinnovativ brendi dövlət xidmətlərinin səmərəli göstərilməsi sahəsində beynəlxalq təcrübədə həqiqətən yeni bir səhifəyə çevrilmişdir. ASAN mərkəzləri 300-ə yaxın dövlət və özəl sektor qurumlarının xidmətlərini bir araya gətirir”- deyə məqalədə qeyd olunur.
Bundan başqa dövlət qurumları tərəfindən irəli sürülmüş təşəbbüslərin uğurlu nümunələri sırasında Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi göstərilib. Vurğulanır ki, SƏLİS Sistemi, siyasi mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir QHT-sinə Şuranın xidmətlərindən yararlanmağa və onlayn qaydada dövlət dəstəyini almağa imkan verir və ictimai nəzarətin, şəffaflığın və yaxşı idarəetmənin ən yüksək səviyyəsini, eləcə də korrupsiyanın, bürokratiyanın və insan amilindən irəli gələn çatışmazlıqların tam olaraq aradan qaldırılmasını təmin edir.

Azay Quliyevməqalədə "Məhkəmə islahatları”na da geniş yer verib. Bildirilib ki, Azərbaycan RespublikasıPrezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, Azərbaycan məhkəmə sistemində dinamik islahatların yeni mərhələsinə qədəm qoyub. Bu sahədə həyata keçirilən prosesin mahiyyətini tam anlamaq üçün 6 yenilik haqda danışılıb. Bura
- məhkəmələrdə elektron sistemlərin tətbiqi,
- Azərbaycanda mediasiya institutunun yaradılması,
- həbs cəzasına alternativ vasitələrin tətbiqi,
- Geniş sayda məhbusların əfv edilməsi,
-KİV-lə işləyən hakimlər,
- İnzibati və Kommersiya məhkəmələrinin yaradılması
- Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və vəkillərin sayının artırılmasına yönəlmiş tədbirlər daxildir.

Yekunda qanunverici hakimiyyətin modernləşdirilməsi, yeni parlament seçkilərinin keçirilməsi haqda analiz aparılıb.Azay Quliyevməqalədə qeyd edib ki, islahatlar fonunda onların qanunverici qola da keçidi təxirəsalınmaz bir addım idi. "İcra və məhkəmə hakimiyyətlərində müasirləşmə prosesi mobil və yenilənmiş qanunverici qolun yaradılmasını günümüzün əsas tələblərindən birinə çevirdi. Nəzərə alsaq ki, mövcud qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında təşkil olunmalı idi, hakim Yeni Azərbaycan Partiyası parlamentin buraxılması təşəbbüsü ilə çıxış etdi.Beləliklə, növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci il tarixinə təyin olunub və ümid edirəm ki, yeni parlamentin formalaşması hakimiyyətin hər üç qolu arasında tam harmoniyanı təmin edəcək və islahat yönümlü bir parlament Azərbaycanın hərtərəfli islahatların növbəti mərhələlərinə keçidini asanlaşdıracaqdır”.

Məqalə ingilis dilində bu linklərdə yayımlanıb:
1. https://azvision.az/redirect.php?url=http://thelondonpost.net/robust-parliamentary-reforms-link…
2. https://eutoday.net/news/politics/2019/carried-reforms


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb