Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva professor Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Gündəm / 07.01.2020 16:37

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva professor Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Trend-in məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almış, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirmişdir.

Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləmişdir. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olmuş, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışmışdır. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləmiş, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olmuşdur.

Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1984-cü ildə professor elmi adı almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə etmişdir. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunmuşdur. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilmişdir.

Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilmişdir. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirmişdir.

Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almış, 2005-ci ildə "Şöhrət” ordeni ilə təltif olunmuş, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu, həmçinin Əli Əsədov, Oqtay Əsədov, Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Ramiz Mehdiyev, Ceyhun Bayramov, Arif Paşayev, İbrahim Quliyev, Nazim Məmmədov, Cavad Abdinov, Telman Əliyev imzalayıb



SON XƏBƏRLƏR

2020-02-28

13:10 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

12:55 Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

12:53 “Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib

12:48 Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi

12:28 "Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı

12:19 Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq

12:15 Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

12:04 Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

11:58 Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

11:35 Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (YENİLƏNİB)

10:59 lham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib

10:24 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək

10:09 DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb

2020-02-27

18:16 Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

16:27 DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

16:26 Ödənişli ictimai işlərə nəzarət gücləndirilir

16:21 Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)

16:09 Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

15:57 Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

15:31 Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

15:29 İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

15:18 DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM

14:26 “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi

13:51 Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

13:03 İran parlamentinin komitə sədri koronavirusa yoluxdu

12:48 Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib (FOTO)

12:30 Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

11:58 Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı

11:24 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

09:35 Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub

2020-02-26

17:44 Sərhəddə əməliyyat: 4 nəfər saxlanıldı

17:28 Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib

17:21 BŞİH mitinqlə bağlı müraciətə cavab verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb