Prezident İlham Əliyev: Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir

Gündəm / 08.01.2020 16:45

Mən sizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edirəm. Siz hazırda sədrin birinci müavini vəzifəsində çalışırsınız. Bu, sizə göstərilən böyük etimad və sizin üçün böyük məsuliyyətdir. Çünki mənim tapşırığımla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndirilib. Hazırda bu Komitənin şəhərsalma və memarlıq prinsiplərini müasir əsaslarla təşkil etmək üçün xüsusi rolu və əhəmiyyəti vardır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, sənayenin genişmiqyaslı inkişafı şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsir göstərmişdir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Biz, ilk növbədə, Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi məsələsinə diqqət yetirdik. Vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Orada idman şəhərciyi, o cümlədən Su İdmanı Sarayı, digər idman və istirahət infrastrukturu yaradılıbdır.

Balaxanı zibilxanası digər tərəfdən şəhərimizin havasını çirkləndirirdi. Onilliklər ərzində biz bu acı reallıqla üz-üzə qalmışdıq. Orada yandırılan zibilin tüstüsü bütün şəhərimizin səmasını zəhər kimi bürüyürdü. Biz oranı da təmizlədik, müasir zibilyandırma zavodu, poliqon tikilibdir. Çoxdandır ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi təşkil edilib və artıq bu zona ekoloji təmiz zonaya çevrilib. O əraziyə bitişik olan Böyükşor gölünün təmizlənməsi layihəsi də çox böyük əhəmiyyət daşıyır. Ora da vaxtilə ekoloji fəlakət zonası idi. Çünki sovet vaxtında oraya həm kanalizasiya, həm də lay suları axıdılırdı, eyni zamanda, oradan açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Böyükşor gölünün birinci hissəsinin təmizlənməsi hesab edirəm ki, şəhər üçün tarixi hadisədir. Hazırda orada bir kilometr uzunluğunda bulvar salınıb və gölə quşlar da qonurlar. Bu da onu göstərir ki, təmizlik tam təmin edilibdir. Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.

"Sovetski” adlandırılan ərazidə yaşayış çox ağır idi. Yəni, bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. Yolların eni 2-3 metr idi. Biz böyük işlər görərək oradan da vətəndaşları kompensasiya əsasında köçürdük. Bəzilərinə yeni evlər verildi, bəzilərinə pul təminatı. İndi orada fəaliyyət göstərən Mərkəzi Park dünya miqyasında ən gözəl parklardan biridir. Bütün bunlar görülən işlərin bir hissəsini təşkil edir. Bütün işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir. İndi Bakı bulvarı 15 kilometr uzunluğunda gözəl bir milli parkdır. Vaxtilə uzunluğu cəmi 3 kilometr idi. Orada yerləşən sıradan çıxmış və yarıdağılmış tikililər söküldü, insanlar üçün şərait yaradıldı. Ona görə Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır".



SON XƏBƏRLƏR

2020-02-28

13:10 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

12:55 Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

12:53 “Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib

12:48 Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi

12:28 "Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı

12:19 Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq

12:15 Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

12:04 Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

11:58 Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

11:35 Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (YENİLƏNİB)

10:59 lham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib

10:24 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək

10:09 DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb

2020-02-27

18:16 Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

16:27 DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

16:26 Ödənişli ictimai işlərə nəzarət gücləndirilir

16:21 Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)

16:09 Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

15:57 Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

15:31 Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

15:29 İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

15:18 DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM

14:26 “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi

13:51 Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

13:03 İran parlamentinin komitə sədri koronavirusa yoluxdu

12:48 Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib (FOTO)

12:30 Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

11:58 Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı

11:24 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

09:35 Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub

2020-02-26

17:44 Sərhəddə əməliyyat: 4 nəfər saxlanıldı

17:28 Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib

17:21 BŞİH mitinqlə bağlı müraciətə cavab verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb