Elina Hacıyevanın məhkəmə prosesində direktorun şikayəti təmin edilməyib

Hadisə / 08.01.2020 13:43

Bakı Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın anasının nümayəndəsi Sevinc Əliyeva çıxış edib. O, Səbail Rayon Məhkəməsinin hökmündən qismən narazı olduqlarını deyib. Bildirib ki, məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini sübuta yetirsə də, Sevinc Abbasovaya yüngül cəza verilib. S.Əliyeva cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

O, həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdığı 100 min manatlıq mülki iddianın təmin edilməsini xahiş edib.

Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib.

Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov zərərçəkmiş tərəfin apellyasiya şikayətiin təmin edilməməsi və müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sevinc Abbasova isə çıxışında bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror çıxışında müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib. O, zərərçəkmiş şəxsin verdiyi şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı hissədə etiraz etməyib.

Məhkəmə müşavirədən sonra qərarını elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Həmçinin məhkəmə S.Abbasovaya elektron qolbaq taxılması barədə hökm çıxarıb.

Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.

Hadisə il bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Hökmdən təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.



SON XƏBƏRLƏR

2020-01-17

18:14 Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib

14:21 YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

14:06 Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

13:50 AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

13:24 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

13:05 "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

12:55 Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

12:48 Gəncədə insident: Üzərində silah və narkotik olan şəxs polisə müqavimət göstərib - Yaralı var (FOTO/VİDEO)

12:41 Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:32 Prezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var

12:06 “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)

12:02 “Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib (FOTO)

11:53 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

11:34 Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq

11:03 Elmar Məmmədyarov: 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir

10:40 Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib

10:26 Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

2020-01-16

18:12 Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

16:45 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

16:39 Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

15:22 BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

14:27 Yunis Səfərovun məhkəmə prosesi fevralın 17-dək uzadılıb

14:14 Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib

14:02 Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

14:01 "İrəli" İctimai Birliyində 2020-ci il - "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı

13:50 2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib

13:31 Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib (FOTO)

13:28 Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

13:13 Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

12:53 Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb

12:40 Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

12:26 İran Prezidenti: ABŞ geri çəkilməyə məcbur oldu

12:24 Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Product image

18:18 Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir