Ombudsman Rusiya səfiri ilə görüşüb

Siyasət / 10.01.2020 19:08

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qonağı salamlayan Müvəkkil Ombudsman institutunun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, paytaxt və regionlarda keçirilən görüşlər çərçivəsində əhalinin qəbul edildiyini, onların qaldırdıqları məsələlərin həlli üzrə müvafiq dövlət qurumları ilə birgə işlər görüldüyünü, işgəncələrin qarşısının alınması və uşaq hüquqları ilə bağlı 24 saat fasiləsiz işləyən qaynar xətlərə daxil olan müraciətlərlə bağlı operativ tədbirlər həyata keçirildiyini və əldə edilən nəticələrin Müvəkkilin illik məruzələrində əks etdirildiyini bildirib.

Müvəkkil ölkə daxilində olan əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərlə yanaşı, ölkədən gedən Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmini və bərpası məsələlərinin daim diqqətdə saxlanıldığını, bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası və onun subyektlərinin ombudsmanları ilə, habelə müvafiq diplomatik nümayəndəliklərlə əməkdaşlığın möhkəmləndiyini və birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıb. O, bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsi və daha yüksək nəticələrin əldə edilməsi məqsədilə yerli icmalar və QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıb.

Ombudsman Rusiya-Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi insan hüquqları sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi və məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradisiya olunan şəxslərə Ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırıldığı vurğulanıb. Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonra "ailə birləşməsi” beynəlxalq prinsip və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüdudlarından məcburi kənara çıxarılma və girişə məhdudiyyət qoyulması haqqında bir neçə qərarlara yenidən baxılıb və həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq və ahıl yaşlı olan Rusiya vətəndaşlarının sənədləşmə və digər problemlərinin həllinə nail olunub.

Səmimi qəbula görə təşəkkürü bildirən səfir görüşün səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mixail Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan və müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib. O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.



SON XƏBƏRLƏR

2020-09-25

19:19 Şuranın dətəklədiyi layihənin ilk seminarları Cəlilabad şəhərində keçirilib

19:06 Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

17:57 Dövlət Komitəsi: İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

17:51 “Yüksəliş” müsabiqəsi Azərkosmos ASC-nin sədrinin təqdimatında "Liderlik və özünüidarəetmə" mövzusunda vebinar təşkil edib

17:49 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib

17:46 Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

17:42 YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib

16:45 Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? - RƏSMİ AÇIQLAMA

15:54 Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

14:37 Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək

14:24 Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı

13:15 Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam

13:10 Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır

13:06 Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir

13:03 Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir

12:56 Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib

12:33 Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

12:10 Ermənistan Qarabağa terrorçuları köçürür: ASALA-nın orada olması barədə faktlar var

12:01 Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

2020-09-24

17:05 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir

16:48 Əli Həsənova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

16:42 Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)

16:19 Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb

16:10 Qeydiyyat 5 oktyabradək davam edəcək

16:07 QHT sədri: “Ermənilərin məqsədi açıq-aşkar görünür”

16:04 Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)

15:44 Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub

15:44 Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir

15:41 Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

15:39 İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub

15:24 “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)

15:07 Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)

14:57 Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb