“Sınıq körpü”də bərpa işləri yekunlaşır (FOTO)

Gündəm / 14.01.2020 13:04

Azərbaycanın əhəmiyyətli abidələrindən biri olan "Sınıq körpü”nün bərpa işlərinin bir qismi artıq başa çatdırılıb.

Bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda körpünün parapet hissəsi, fasadı, örtüyü və digər karvansarada, həmçinin karvansaranın döşəmələrində bərpa işləri davam etdirilir:

"Bildiyimiz kimi, 2018-ci ilin dekabr ayından hər iki ölkə - Azərbaycan və Gürcüstan tərəfindən razılaşdırılmış layihə əsasında bərpa işlərinin aparılmasına başlanılıb. Bu müddət ərzində körpünün üstündə sonradan əlavə olunmuş tullantılardan təmizlənmə işi, demək olar ki, başa çatdırılıb, sonradan əlavə olunmuş, qalınlığı 50-80 sm olan beton bordür dağıdılıb, istinad divarı inşa olunub, üstü dağılmış karvansaranın içi söküntülərdən təmizlənib, həmin karvansarada bərpa işləri başa çatdırılıb”.

F. Hüseynov görülən işlərin iki aya yekunlaşacağını bildirib: "Qeyd edim ki, bərpa işlərinin cari ilin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulub”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən dünya əhəmiyyətli memarlıq abidəsi olan körpü XII əsrdə Xram çayı üzərində inşa olunub. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında "Sınıq körpü” də adlanır. Yazılmış mənbələrə görə, körpünün bel hissəsinin sınıq olmasına görə bu körpüyə belə ad qoyulub.

O dövrdə Azərbaycanın digər yerlərində tikilən çoxaşırımlı körpülərlə müqayisədə, bu körpü öz monumentallığı ilə seçilir. Körpü dörd aşırımlıdır və hər bir aşırımın ölçüsü 8.2 m, 16.1 m, 8 m, 26.1 m-dir. Körpünün dayaqları yonulmuş sal qaya daşından hörülüb. Sel suları tutmayan səviyyədən isə qırmızı kərpicdən tikilib. Körpünün sağ və sol sahillərində istifadə olunması üçün geniş yerləşgələr salınıb. Sol tərəfdəki yerləşgənin sahəsi 116 kvadrat metr, sağ tərəfdəki isə 166 kvadrat metr-dir.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.



SON XƏBƏRLƏR

2020-01-17

18:14 Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib

14:21 YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

14:06 Zakir Həsənov Anjey Kaspşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

13:50 AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

13:24 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

13:05 "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

12:55 Hikmət Hacıyev: Azərbaycan Davos İqtisadi Forumunda çox fəal iştirak edir

12:48 Gəncədə insident: Üzərində silah və narkotik olan şəxs polisə müqavimət göstərib - Yaralı var (FOTO/VİDEO)

12:41 Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:32 Prezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var

12:06 “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır (FOTO)

12:02 “Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib (FOTO)

11:53 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

11:34 Azərbaycanın sərhəd ərazilərində idxal nəzarəti məntəqələri yaradılacaq

11:03 Elmar Məmmədyarov: 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir

10:40 Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib

10:26 Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

2020-01-16

18:12 Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

16:45 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

16:39 Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrılıb

15:22 BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

14:27 Yunis Səfərovun məhkəmə prosesi fevralın 17-dək uzadılıb

14:14 Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib

14:02 Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

14:01 "İrəli" İctimai Birliyində 2020-ci il - "Könüllülər ili" ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı

13:50 2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib

13:31 Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib (FOTO)

13:28 Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

13:13 Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin strateji hədəflərindən danışdı

12:53 Mikayıl Cabbarov: Qeyri-neft sektorunda ixrac artıb

12:40 Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

12:26 İran Prezidenti: ABŞ geri çəkilməyə məcbur oldu

12:24 Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Product image

18:18 Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir