BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması müzakirə olunub

Cəmiyət / 14.01.2020 15:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin müşaviri Şəms Mustafayeva da iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən dövrdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu, BMT-nin Uşaq Fondu, Beynəlxalq Əmək Təşkilatı ilə nazirliyin geniş əməkdaşlıq gündəliyinin formalaşdığını, birgə icra olunan proqram və layihələri, əldə olunan müsbət nəticələri qeyd edib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Konvensiyaları və Paktlarının icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıran S.Babayev ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar, həssas qrupların hərtərəfli sosial dəstəklə təmin edilməsi üçün icra olunan proqramlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin yüksəldilməsi üçün reallaşdırılan islahatları, uğurla reallaşdırılan DOST konsepsiyasını diqqətə çatdırıb.

İslahatların geniş miqyas almasının BMT qurumları ilə əməkdaşlığın da getdikcə genişlənməsinə səbəb olduğunu deyən S.Babayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması ilə bağlı nazirlik üçün prioritetləri qeyd edib. Bildirib ki, bu prioritetlər sırasına əhalinin həssas qrupların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə proqramların həyata keçirilməsi, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların peşə-əmək bazarına inteqrasiyası və s. daxildir.

P.Midlbruk, Q.İsakzai, A.Frakassetti Azərbaycanda innovasiya və məşğulluğun inkişafı, sosial cəhətdən həssas qrupların hüquqlarının və rifahının təmin olunması, onlar üçün inklüziv, layiqli iş yerlərinin yaradılması, demoqrafiya, yaşlıların rifahının təşviqi, institusional potensialın artırılması, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi və digər istiqamətlərdə nazirliklə müsbət iş təcrübəsindən bəhs ediblər.

Görüşdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri, sənəddə sosial sahə ilə bağlı əksini tapacaq prioritetlər müzakirə olunub.



SON XƏBƏRLƏR

2020-08-07

19:26 "Mən səni Azərbaycan qədər sevirəm!"

18:34 Sülh üçün Beynəlxalq İnstitutun saytı: “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub”

18:23 Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi

17:57 “Vətənin müdafiəsinə hazırıq”

17:41 Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib

17:13 Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

16:35 Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

16:00 Şura üzvü: Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

14:53 QHT sədri: Prezident İlham Əliyevin tapşırığı ilə sosial proqramlar genişlənir

14:51 Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

13:55 Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

11:30 Nazir 190 manat birdəfəlik ödəmələrin nə vaxt veriləcəyindən danışdı

11:20 Ehsan Zahidov: Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

11:11 2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

10:51 İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

10:27 Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb

10:25 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

2020-08-06

19:45 Şuranın dəstəyilə QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlər göstəriləcək

17:06 Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü

17:00 Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir

16:50 “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinin növbəti videoçarxı Polad Həşimovun xatirəsinə ithaf olunub

16:33 Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin

14:57 Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)

14:47 Azərbaycan dövlət dilinin qorunması və inkişafı: kreativ yanaşmalar dəstəklənəcək

14:41 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq

14:02 Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

13:39 Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

12:47 Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər (FOTO/VİDEO)

12:44 İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (FOTO) (YENİLƏNİB)

12:28 2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

11:33 Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

10:38 Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ

10:29 General Polad Həşimovun adı Həzi Aslanovun adına olan küçəyə verilməyib - İcra Hakimiyyəti (YENİLƏNİB) (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:29 “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb