2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib

Xəbər / 16.01.2020 13:50

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Trend-in məlumatına görə, QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib.

Sədr qeyd edib ki, ötən il ərzində "Azərbaycan Dəmir Yolları" QSC dövlət başçısı İlham Əliyevin iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib: "Prezident İlham Əliyevin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb".

Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb: "Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib".

QSC sədri ötən il ərzində əldə olunan nailiyyətlərdən də danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018-ci illə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artıb.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxilində 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olub, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir.

Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Cəmiyyətin kadr potensialından da danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş "Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə "Əmək veteranı” adı verilib.

2015-ci illə müqayisədə əməkhaqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.



SON XƏBƏRLƏR

2020-02-20

20:18 Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

20:10 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

19:57 Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

19:22 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb (FOTO)

19:10 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub (FOTO)

18:52 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib (FOTO)

18:25 Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

18:07 Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

17:41 Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavini həbs edildi - RƏSMİ

17:20 "Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ münasibət açıqlandı

17:18 Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

16:05 Novruz çərşənbələrinin tarixləri açıqlandı

15:07 Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

14:53 DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib

13:50 Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

12:07 DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci olub

10:19 Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

2020-02-19

19:05 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

19:00 DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

18:46 Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb

18:43 Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

18:14 SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)

17:51 Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib

17:49 Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)

17:44 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

17:33 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)

17:26 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)

16:54 MSK sədri iddialara aydınlıq gətirdi

16:40 Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

16:06 Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

16:05 Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)

15:22 Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

14:59 Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb