20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

Cəmiyət / 17.01.2020 13:24

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, "20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin və b. iştirak etdiyi tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsindən artıq 30 il ötdüyünü qeyd edən A.Kərimov bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Kərimov qeyd edib ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyevin böyük cəsarət hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub. Ulu öndərin təşəbbüs və tapşırığı ilə 1994-cü il martın 29-da qəbul edilən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, "20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri sırasında, 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Qeyd olunub ki, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əliliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

H.Babaoğlu və S.Əzimzadə, 20 Yanvar faciəsinin şahidlərindən biri Mübariz İsmayılov çıxış edərək, 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs ediblər.



SON XƏBƏRLƏR

2020-02-24

18:10 Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

17:34 Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)

17:33 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

16:48 İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ

16:12 Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:44 İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

15:00 Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

14:41 Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

14:32 Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

13:54 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

13:53 Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)

13:47 İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

13:31 Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:14 Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

12:55 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

12:49 Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

12:24 Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub

12:08 Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

11:41 DİN: Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb

11:38 Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər (FOTO)

11:35 Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

10:55 Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

10:49 Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

2020-02-21

19:29 Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub (FOTO)

19:19 Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

19:13 MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

18:15 Azərbaycan İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir (FOTO)

17:53 Hər namizəd öz iddiasını diktə etməyə çalışır - Rövzət Qasımov

17:45 Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb (FOTO)

17:35 DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

15:41 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)

15:31 Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)

15:25 Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb