Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib

Mədəniyyət / 17.01.2020 10:40

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Trend Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu sözləri UNESKO-nun baş qərargahında "Cojep İnternational" tərəfindən təşkil edilmiş "Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et!" adlı konfransda Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov səsləndirib.

O, multikulturalizmin Azərbaycan modelindən söz açaraq, Prezident İlham Əliyevin fikrini diqqətə çatdırıb: "Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".

S.Qasımov müxtəlif xalqların nümayəndələrinin ölkəmizdə mehriban ailə kimi yaşamasından söz açıb. O, ölkəmizdə müxtəlif dinlərə, onların nümayəndələrinə, dini ənənələrinə hörmətlə yanaşıldığını, onların mədəni irsinin qorunub saxlandığını qeyd edib. S. Qasımov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılsa da, Yerevanda Azərbaycan mədəni və tarixi irs abidələrinin məhv edildiyini deyib.

Diqqətə çatdırılıb ki, ölkəmizin müstəqilliyinin ilk illərində 20 Yanvar və Xocalı soyqırımı kimi dəhşətli faciələrlə üzləşib. O, həmçinin Avropa Azərbaycanlıları Konqresinin (AAK) əsas məqsədinin Azərbaycan diasporasının üzvlərinin Avropaya inteqrasiyasından, avropalıları ölkəmizin reallıqları, eləcə də Qanlı Yanvar və Xocalı soyqırımı faciələri ilə bağlı məlumatlandırmaqdan ibarət olduğu bildirilib.

Bu faciələr haqqında ətraflı məlumat verilib və beynəlxalq hüququn, BMT İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulduğu qeyd olunub.

Qeyd edək ki, "Cojep İnternational" təşkilatının rəhbərliyi ötən il ölkəmizdə səfərdə olub. Təşkilatın "Multikulturalizm naminə hərəkət edin!" adlı 3 ilik layihəsinin bu ilki kampaniyası Asiyaya həsr edilib. Təşkilat "Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et! " adlı ilk konfransı UNESKO-da təşkil olunub.

Konfransın Avropa Parlamentində, Avropa Şurası, BMT və ATƏT-də də keçirilməsi nəzərdə tutulub.



SON XƏBƏRLƏR

2020-02-24

18:10 Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

17:34 Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)

17:33 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

16:48 İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ

16:12 Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:44 İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

15:00 Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

14:41 Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

14:32 Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

13:54 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

13:53 Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)

13:47 İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

13:31 Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:14 Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

12:55 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

12:49 Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

12:24 Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub

12:08 Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

11:41 DİN: Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb

11:38 Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər (FOTO)

11:35 Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

10:55 Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

10:49 Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

2020-02-21

19:29 Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub (FOTO)

19:19 Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

19:13 MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

18:15 Azərbaycan İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir (FOTO)

17:53 Hər namizəd öz iddiasını diktə etməyə çalışır - Rövzət Qasımov

17:45 Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb (FOTO)

17:35 DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

15:41 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)

15:31 Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)

15:25 Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb