Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib

Gündəm / 17.01.2020 18:14

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb. Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş "Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad edilərək qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində tam nəzarəti həyata keçirir.

Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyi, eləcə də Azərbaycan ərazilərinin işğalının pislənildiyi qeyd olunur, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.

Sənəddə 11 iyul 2014-cü il tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu "ömürlük”, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçilyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə "hamının hamıya” prinsipi əsasında onların azad olunmasının əleyhinə olduğu sənəddə vurğulanır.

Bu xüsusda, AR-in BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz və səlahiyyətsiz qurumu tərəfindən sözügedən şəxslərin uydurma ittihamlar əsasında qanunsuz olaraq həbs olunduğunu, saxlanıldığını, süni "məhkəmə” ilə üzləşdiklərini və uzun müddətli azadlıqdan məhrumetmə ilə məhkum olunduqlarını xüsusilə qeyd edib. Eyni zamanda, D.Əsgərov və Ş.Quliyevə qarşı irəli sürülən ittihamlar barədə onlara məlumat verilmədiyi, eləcə də bir müddət yazışma və ünsiyyət hüququndan məhrum etməklə saxlanıldıqları məktubda diqqətə çatdırılır.

Sənəddə qondarma "məhkəmə”dən öncə və "məhkəmə” ərzində onların Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlarda "təxribatçılar”, "qatillər” və "muzdlu cinayətkarlar” kimi qələmə verildiyini diqqətə çatdırılır, eləcə də sözügedən şəxslərə qarşı irəli sürülən ittihamların onların başa düşdükləri dildə izah olunmadığı, tərcüməçi vasitəsilə onlara adekvat köməkliyin göstərilmədiyi və "məhkəmə”nin onların başa düşmədiyi erməni dilində aparıldığı bildirilir.

Hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam izolyasiyada saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə xüsusilə vurğulanır. Burada, həmçinin D.Əsgərov və Ş.Quliyevin etnik mənşəyinə və milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığı qeyd olunur və onların həbslərinin heç bir hüquqi əsasının və ya legitimliyinin olmadığı, eləcə də sözügedən şəxslərin hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsində şikayət mövzusu olduğu bildirilir.

Sonda sənəddə Azərbaycan Respublikasının BMT, eləcə də onun müvafiq insan hüquqları mexanizmləri və prosedurlarının D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağını, eləcə də onların dərhal və qeyd-şərtsiz azad olunması və ailələri ilə bir araya gəlmələrinin təmin edilməsi istiqamətində səy göstərəcəklərini gözlədiyi xüsusilə qeyd olunur.



SON XƏBƏRLƏR

2020-02-24

18:10 Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

17:34 Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)

17:33 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

16:48 İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ

16:12 Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:44 İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

15:00 Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

14:41 Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

14:32 Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

13:54 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

13:53 Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)

13:47 İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

13:31 Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:14 Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

12:55 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

12:49 Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

12:24 Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub

12:08 Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

11:41 DİN: Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb

11:38 Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər (FOTO)

11:35 Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

10:55 Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

10:49 Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

2020-02-21

19:29 Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub (FOTO)

19:19 Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

19:13 MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

18:15 Azərbaycan İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir (FOTO)

17:53 Hər namizəd öz iddiasını diktə etməyə çalışır - Rövzət Qasımov

17:45 Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb (FOTO)

17:35 DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

15:41 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)

15:31 Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)

15:25 Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb