DİN-də kollegiya iclası keçirilib

Gündəm / 22.01.2020 17:50

Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-dənAdalet.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

Hesabat məruzəsi ilə çıxış edən Daxili İşlər naziri deyib ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.

Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, onlardan oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

Məruzəçi «102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin «isti izlərlə» açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

O da qeyd olunub ki, 2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir.

Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.

Sonda general-polkovnik V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcəkdir.




SON XƏBƏRLƏR

2020-06-04

19:44 Ombudsmanın Cəlilabad Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib

19:37 “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

19:33 Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

19:19 DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

18:28 Şura #evdəyəm kampaniyasına başladı!

18:10 TƏBİB sədri: Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir

17:45 Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək

17:07 Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb

16:30 Parlament sədrindən vətəndaşlara çağırış: Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın

14:55 Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam

14:24 Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI

14:11 Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq

14:04 Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

12:43 Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

12:40 DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

12:35 Türkiyədən Afrikaya tibbi yardım

12:32 Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq

12:11 Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)

11:33 ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

2020-06-03

20:20 Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub

20:18 Sabah Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq

20:16 DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

19:47 Ramin Bayramlı: Qaydalara əməl edilsə, məhdudlaşdırmalara getməyə bilərik

19:08 İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər

19:07 Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

18:43 Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

17:51 Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

17:43 Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

16:40 Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub

15:32 Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər

14:15 “Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO) (YENİLƏNİB)

13:36 Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)

13:19 Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO) (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:00 Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb

Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb