ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub

Gündəm / 23.01.2020 18:30

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə görüşüb.

KİVDF-dən Trend-ə verilən məlumata görə, fondun fəaliyyəti barədə qonağa ətraflı məlumat verən icraçı direktor qurumun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə yaradıldığını bildirib. V.Səfərli Fondun yaradılmasının xüsusilə də internet mediası ilə rəqabətdə uduzan çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 11 ilə yaxın müddətdə çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. V.Səfərli Fondun maliyyə dəstəyi ilə hazırda 25 ictimai-siyasi qəzetə maliyyə dəstəyinin göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Fond tərəfindən və digər dövlət qurumları ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqələri media nümayəndələrinin yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də beynəlxalq təşkilatlar və diplomatik korpuslarla əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə reallaşdırılan layihələr, o cümlədən bir sıra Avropa və MDB dövlətlərinə təşkil edilən səfərlər barədə məlumat verən Vüqar Səfərli bildirib ki, məqsəd müxtəlif ölkələrin mediasının fəaliyyəti ilə yaxından tanış olmaq və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Vüqar Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. İcraçı direktor dövlət başçısının müvafiq sərəncamları əsasında son 10 ildə 2 çoxmərtəbəli yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, ehtiyacı və medianın inkişafında xidmətləri olan 411 nəfər KİV əməkdaşının şəffaf meyarlar əsasında mənzillə təmin olunduğunu diqqətə çatdırıb. Vüqar Səfərli inşası yekunlaşmaqda olan sayca üçüncü binanın bu il istifadəyə veriləcəyini və daha 255 nəfər jurnalistin mənzillə təmin olunacağını bildirib.

İcraçı direktor onu da bildirib ki, ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən seçkilər ərəfəsində Fondun Mərkəzi Seçki Komissiyası ilə birgə keçirdiyi konfranslar jurnalistlərin maarifləndirilməsinə xidmət edib. "Jurnalistlərin seçki prosesində iştirakının əsasları" mövzusunda keçirilən konfranslarda MSK üzvləri, habelə tanınmış hüquqşünas-ekspertlər tərəfindən jurnalistlərin seçkilərdə iştirakının hüquqi əsasları ilə bağlı ətraflı məlumat verilib, habelə media nümayəndələrini maraqlandıran sualları ətraflı cavablandırılıb. Fondun maliyyə dəstəyi ilə hazırlanan buklet və kitabçalar əyani maarifləndirici vəsait kimi media nümayəndələrinə təqdim edilib.

Sonda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalininanı maraqlandıran suallar ətraflı cavablandırılıb.



SON XƏBƏRLƏR

2020-02-24

18:10 Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

17:34 Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)

17:33 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

16:48 İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ

16:12 Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:44 İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

15:00 Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

14:41 Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

14:32 Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

13:54 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

13:53 Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)

13:47 İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

13:31 Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:14 Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

12:55 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

12:49 Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

12:24 Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub

12:08 Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

11:41 DİN: Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb

11:38 Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər (FOTO)

11:35 Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

10:55 Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

10:49 Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

2020-02-21

19:29 Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub (FOTO)

19:19 Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

19:13 MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

18:15 Azərbaycan İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir (FOTO)

17:53 Hər namizəd öz iddiasını diktə etməyə çalışır - Rövzət Qasımov

17:45 Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb (FOTO)

17:35 DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

15:41 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)

15:31 Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)

15:25 Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb