Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

Gündəm / 23.01.2020 17:28

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan edilib. Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsi "Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün qeydiyyata başlayıb.

Komitədən Trend-ə verilən məlumata görə, "Könüllülər ili”ndə proqramın daha zəngin və genişmiqyaslı olması nəzərdə tutulur.

Bununla əlaqədar Dövlət Komitəsində Tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən Tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyalar və s. nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin həyata keçirilməsində Komitə əməkdaşları ilə yanaşı "Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq 2019-cu ilin mart ayından etibarən "Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, 24 aprel 2019-cu il tarixində Nizami kino mərkəzində könüllü olmaq istəyən gənclərlə Komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

Proqram çərçivəsində könüllülərin Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlılarla görüşləri, breyn-rinq intellektual yarışı, Norveç Krallığı, Kanada, Yunanıstan, Almaniya, Amerika, Polşa, Türkiyə, Şimali Kipr Türk Respublikası və s. xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə video-konfransları təşkil edilib.

Bütün bunlarla yanaşı "Azərbaycan Diaspor Könüllüləri” ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi "Nə? Harada? Nə zaman?” intellektual turnirdə Dövlət Komitəsini təmsil edib.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Diaspor Könüllüləri həm sosial şəbəkələrdə müxtəlif sosial aksiyalar təşkil edib, həm də Bakı şəhərinin mərkəzində uşaqlara və xarici qonaqlara üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edib. Bunlardan başqa "Azərbaycan Diaspor Könüllüləri”nin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə görüşü keçirilib. Proqram iştirakçıları Cocuq Mərcanlıya səfər edib və Qarabağımızın bir parçası olan Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar.

Həyata keçirilən bütün tədbrilər haqqında məlumatlar həm Dövlət Komitəsinin rəsmi internet saytında (diaspor.gov.az) Azərbaycan Diaspor Könüllüləri üçün xüsusi bölmədə yerləşdirilib, həm də sosial şəbəkələrdə geniş yayılıb.

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması: http://diaspor.gov.az/volunteers/



SON XƏBƏRLƏR

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

11:52 Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

11:40 “Tariximizin qəhrəmanlıq imzası” milli qəhrəmanlarımıza həsr olunub

10:35 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb