Dövlət Komissiyası naməlum şəhidin eksqumasiyası ilə bağlı məlumat yaydı

Xəbər / 23.01.2020 14:23

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Trend xəbər verir ki, məlumatda deyilir:

"Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları ekshumasiya olunmuşdur.

Həmin məzarlıqda yaxınlarının dəfn olunduğunu ehtimal edən 8 itkin ailəsinin iştirakı ilə Dövlət Komissiyası, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən 2019-cu ilin iyul ayında həyata keçirilmiş ekshumasiya prosesində 12 naməlum meyit qalığı müəyyən edilərək müvafiq nümunələr götürülmüşdür. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ekshumasiya prosesinə texniki və ekspert dəstəyi göstərmişdir.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilmişdir.

Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir".



SON XƏBƏRLƏR

2020-05-31

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb