Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Gündəm / 24.01.2020 18:47

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.

Baş Nazir çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırıldı ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.

İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd etdi ki, dövlətimizin başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov "Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış etdi. Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirdi ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğuladı və təkliflərlə çıxış etdi.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirdi və bu istiqamətdə də tədbirlərin görüləcəyini dedi. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğuladı.

Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd etdi ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır. Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il "Aqrar sığorta haqqında" Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək. İ.Kərimov ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğuladı.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar sığorta” adlı təqdimatı təqdim olundu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O həmçinin qeyd etdi ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, vətəndaşı sığorta olunmaqda daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.

Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydər isə vurğuladı ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.

Ədliyyə nazirinin müavini Azər Cəfərov dedi ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.

ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev və FHN-in müavini Rfael Mirzəyev və başqaları çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.

Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirdi.



SON XƏBƏRLƏR

2020-02-24

18:10 Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

17:34 Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)

17:33 Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

16:48 İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ

16:12 Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:44 İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

15:00 Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ

14:41 Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

14:32 Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

13:54 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

13:53 Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)

13:47 İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

13:31 Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:14 Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

12:55 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

12:49 Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

12:24 Azərbaycan-Ermənistan sərhədində təxribat: Bir əsgərimiz şəhid olub

12:08 Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

11:41 DİN: Sosial şəbəkədə koronavirusla bağlı yalan məlumat yayan şəxs saxlanılmayıb

11:38 Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər (FOTO)

11:35 Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

10:55 Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

10:49 Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

2020-02-21

19:29 Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub (FOTO)

19:19 Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

19:13 MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

18:15 Azərbaycan İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir (FOTO)

17:53 Hər namizəd öz iddiasını diktə etməyə çalışır - Rövzət Qasımov

17:45 Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb (FOTO)

17:35 DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı (VİDEO)

15:41 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)

15:31 Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)

15:25 Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb