Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

Gündəm / 24.01.2020 16:40

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Dağlıq Qarabağda qondarma rejimin Şuşa qalasını təmir etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, F.Şəfiyev deyib ki, Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir:

"Aydındır ki, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi ilə həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etmək, bu mümkün olmadıqda isə saxtalaşdırmaqdır. Belə ki, işğal edilmiş ərazilərdəki bütün mədəni və tarixi abidələr həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin kimliyi heç bir ciddi və obyektiv müşahidəçidə hansısa şübhə yaratmır.

Ermənistan KİV-nin yazdığı kimi, bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyinin məşhur Şuşa qalasını təmir etməsi ilə bağlı xəbər də bu təcavüzkar ölkənin qeyd edilən siyasətinin göstəricisidir. Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, tikinti işlərinə rəhbərliyi isə şəxsən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif nəzarət etmişdir.

Qeyd edək ki, keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuхarı Gövhər ağa” məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilmişdi. Bundan əvvəl isə Ermənistan rəhbərliyi paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-sini tamamilə məhv edib. Qalan bir məscid - 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş məşhur Göy məscidin 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib".

F.Şəfiyev bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirməyə çağırıb: "Nəzərə çatdırmalıyıq ki, Ermənistan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bütün normalarına, əsaslarına zidd olan hərəkətlər kimi qiymətləndirilərək dünya ictimaiyyəti tərəfindən pislənməli və məsuliyyətə çağırılmalıdır. Həmçinin, beynəlxalq ictimaiyyəti münaqişənin həlli tapılana qədər işğal edilmiş ərazilərdəki bütün tarixi abidələrin toxunulmaz və ilkin formada qalmasını təmin etmək istiqamətdə Ermənistana müvafiq təzyiq göstərməyə çağırırıq.

Qeyd etmək istərdik ki, Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığının və Azərbaycanı münaqişənin həlli ilə bağlı digər vasitələrdən istifadə etməyə təhrik etdiyinin göstəricisidir. Belə ki, bu cür addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur”.



SON XƏBƏRLƏR

2020-09-25

19:19 Şuranın dətəklədiyi layihənin ilk seminarları Cəlilabad şəhərində keçirilib

19:06 Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

17:57 Dövlət Komitəsi: İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək

17:51 “Yüksəliş” müsabiqəsi Azərkosmos ASC-nin sədrinin təqdimatında "Liderlik və özünüidarəetmə" mövzusunda vebinar təşkil edib

17:49 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib

17:46 Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

17:42 YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib

16:45 Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? - RƏSMİ AÇIQLAMA

15:54 Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

14:37 Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək

14:24 Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı

13:15 Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam

13:10 Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır

13:06 Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir

13:03 Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir

12:56 Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib

12:33 Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

12:10 Ermənistan Qarabağa terrorçuları köçürür: ASALA-nın orada olması barədə faktlar var

12:01 Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

2020-09-24

17:05 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir

16:48 Əli Həsənova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

16:42 Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)

16:19 Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb

16:10 Qeydiyyat 5 oktyabradək davam edəcək

16:07 QHT sədri: “Ermənilərin məqsədi açıq-aşkar görünür”

16:04 Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)

15:44 Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub

15:44 Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir

15:41 Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

15:39 İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub

15:24 “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)

15:07 Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)

14:57 Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb