Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm
Cəmiyət / 27.01.2020 15:58

Zəlzələ baş verəndən sonra çox keçmədi ki, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bizimlə əlaqə saxladılar.
Bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən, Elazığ vilayətindəki Fırat Universitetinin İnsan və Sosial Elmlər fakültəsinin 4-cü kurs tələbəsi Musa İslamov deyib.
M.İslamov o dəhşətli gecəni belə xatırlayır: "Zəlzələ axşam təqribən saat 21 radələrində baş verdi. Həmin an mən tələbə yoldaşlarımla şəhər mərkəzində idik. Fəlakət baş verəndən 1 saat sonra Elazığda olan azərbaycanlı tələbələrlə əlaqə saxlayaraq Nailbəy məscidində bir araya gəldik. Daha sonra internet üzərindən məlumat aldıq ki, şəhər meri və universitet rektoru xaricdən gələn tələbələrin tez bir zamanda şəhərdən çıxarılması üçün göstəriş verib. Həmin vaxt təşviş yaşandı, ölkəmizə qayıtmaq üçün bilet almaq istədik, ancaq biletlər bitmişdi. Bu an Azərbaycanın Ankaradakı səfirliyi ilə əlaqə saxlamaq istədim, ancaq xətlərdə problem olduğu üçün bu, baş tutmadı. Çox keçmədi ki, onlar özləri məni tapıb vəziyyətimizlə maraqlandılar. Azərbaycan Prezidentinin tapşırığı ilə bizə kömək olunacağını, ölkəyə qayıtmaq üçün nə lazımdırsa edəcəklərini dedilər".
Azərbaycanlı tələbə geriyə qayıtmaq üçün dövlətin onlara göstərdiyi yardımdan da söz açıb: "Elazığda və Malatyada olan azərbaycanlı tələbələrlə əlaqə saxladıq və bundan sonra 25 yanvar tarixində günorta saatlarında yola çıxdıq. Azərbaycandan olan tələbələrə 3 avtobus və bir sərnişin təyyarəsi ayrılmışdı. Yolboyu Türkiyədə olan müxtəlif azərbaycanlı iş adamları da bizimlə əlaqə saxlayıb yardım göstərmək istədiklərini deyirdilər. Onlara da təşəkkür edərək dedik ki, artıq dövlətimiz çoxdan bizim bütün problemlərimizi həll edib.
Rahat və təhlükəsiz evə qayıtmağımız üçün bütün hazırlıqlar görülmüşdü, yolboyu konsulluğun əməkdaşları müxtəlif yerlərdə bizi qarşılayırdılar. Yəni hər an bizi nəzarətdə saxlayırdılar. Azərbaycanın Türkiyədəki səfirliyi də tez-tez əlaqə saxlayır, Naxçıvana qədər təhlükəsizliyimiz barədə məlumat alırdı. Naxçıvana çatanda artıq bizə xüsusi təyyarə ayrılmışdı. Nəhayət, həmin təyyarə ilə Bakıya gəldik".
M.İslamov əlavə edib ki, azərbaycanlı tələbələrin zəlzələ zonasından təhlükəsiz daşınması bir daha onu göstərdi ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır: "Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 39-a çatıb.
Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları