“Ana, Murovdan gəlirəm, qardan-qırovdan gəlirəm”

Cəmiyət / 28.01.2020 19:33

Qıy vuran qartallar yox oldu çəndə...

Bir vaxtlar "kef üstündə kefimiz” idi. Heç nə haqqında düşünmürdük. Sankiheç kasıblıq da bizə təsir eləmirdi. Öyrəşmişdik olandan-olmazdan tapıb dolanmağa. Dolanışıq dərdi də yox idi, yurd-yuva itkisi də. Zeynəb Xanlarova da oxyurdu: "Dünyanın xoşbəxti mənəm dünyada”.
Deyirlər ki, sən saydığını say, gör Fələk nə sayır". Fələk heç vaxt yaxşı şey saymayıb, say-seçmələri əlimizdən alanda da şükür eləmişik. Sanki belə olmalı imiş.
Mən də vaxtilə teatr səhnəsinin aşiqlərindən biri kimi istedad və qabiliyyətimi göstərməkdən zövq alar, Kəlbəcərin kəndlərindəki klub, mədəniyyət evlərində göstərdiyimiz komediyalarla "baş qatmaq”la məşğul olur, düşünmürdük ki, belə "bəxtəvərlik” göz tökə bilər, nəzərə gələrik.
"Ağıla gəlməyən başa gələr.” Atalarımızın başına gəlsə də "başmaqçı” olmadılar, yaddaşımıza daş atmadılar ki, biz də ayıq-sayıq olaq.

Aman dağlar, aman dağlar...

Murovdağın o üzündə bütün bunlar haqqında düşünə bilmədik. Bilmirəm ki, niyə. Axı, biz o qədər xoşbəxt yaşayırdıq ki, bundan "başgicəllənməsi” tapmışdıq? Sovet hakimiyyətinin qurulması da, dağılması da kəlbəcərlilərə baha başa gəlib. Di gəl ki, bəh-bəhnən tərifləmişik. Yəqin əlacımız nə idi?!
Kəlbəcər kimi cənnət-məkanda yaşamaq xoşbəxtliyi bizi "qara günlər”dən uzaq salmışdı. Kasıbçılıq olsa da, heç kimin dərd yox idi sanki. "Bir qarın ac, bir qarın tox”luqdan gileylənən az adam olardı.
...Qəfildən Dəlidağın üstünü qara bulud aldı, göylərimizi duman-çiskin bürüdü. Bəxtəvər kəlbəcərlilərin dilində belə qoşmalar elləri dolaşdı:




Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.

Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.

Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Novruz günlərində, bayram ayında
Dağlayır sinəmin dağı dağları.

Yetirikmi illərdi ki biz dadına?!

Tərtər axır gözlərimdən üzümə,
Gül-çiçəyi neştər olub gözümə.
Sual verdim indi özüm özümə,-
Yansaq da biz o dağların oduna,
Yetirikmi illərdi ki biz dadına?!

Göz yaşlarım daşa dönüb, axmayır,
Dağ başında şimşəkləri çaxmayır.
Küsüb məndən, üzümə də baxmayır,
Ona görə sala bilməz yadına,
Yetirikmi illərdi ki biz dadına?!

Qurban üçün quru canım qalıbdı,
Gül yanağım saralıbdı, solubdu.
Anam kimi ağ saçların yolubdu,
Ad da qoşub düşmən onun adına,
Yetirikmi illərdi ki biz dadına?!

Nə ellərim, nə dillərim qalıbdı,
Nə sonalar, nə göllərim qalıbdı.
Nə aylarım, nə illərim qalıbdı,
Bilməm getdin sən kimlərin badına,
Yetirikmi illərdi ki biz dadına?!

Məhəmməd, qüdrətli elinə qurban,
Əlimə yetməyən əlinə qurban.
Çəməninə qurban, çölünə qurban,
Tamarzıyıq bulağın bal dadına,
Yetirikmi illərdi ki biz dadına?!

Kəlbəcərə şeir qoşanlar da bu qədər çox deyildi. Beş-on nəfər əli qələmlilərimiz var idi. Onları da Murovdağdan bu üzdə az-maz tanıyardılar. Əslində, Kəlbəcər o qədər gözdən-nəzərdən uzaq idi ki, Bakıda belə bir coğrafi məkanın olmasının əhəmiyyəti yada düşmürdü, burada yaşayan üç-dörd kəlbəcərli ailəsindn savayı.

Onlar Murovdağdan aşıb getdilər və...

Hələ də dost-doğmaların

gözləri yollarda, qulağı səsdə

Kəlbəcərin adı dillər əzbəri olmalı imiş. Sən demə, tanıdığımız Kəlbəcəri olduğu kimi tanımamışıq, tanıtmayıblar. "Elnən gələn qara gün toy-bayram olar”-deyimini qulaqlara niyə sırğa ediblər, hələ də anlamıram. Qara günlərdə birləşdiyimizə, bir olmağı bacardığımıza görə deyiblər yəqin.
Kəlbəcərin yetmiş illik sovet dönəminin son günləri bizi bir olmağa səslədi. Təəssüf ki, bir ola bilmədik. Birləşsəydik, say-seçmə oğullarımızı da, onların doğulduğu Kəlbəcərimizi də qoruya bilərdik.
1993-cü ilin qarlı-şaxtalı qış ayları Kəlbəcər və kəlbəcərlilərə qan-qada gətirdi: aprel ayına kimi çəkilən zülm-zillətlər sanki unuduldu. Daha dəhşətli günlər gəlirdi qarşıdan: Kəlbəcərdən uzaq düşmək, dağlarda-daşlarda məhv olmaq...
Kəlbəcərin tarixində bəlkə də bundan dəhşətli günlər yaşanıb, onu bilmirik, çünki nə danışılıb, nə də yaddaşlara yazılıb. Son fəlakətimiz isə "dastanlaşıb”.
...Belə qəmli sətirləri yazmaq sizə o qədər də asan gəlməsin. Kəlbəcərin mühasirə illərində və sonra onun uğrunda canından keçən kəlbəcərlilərin hər birinin qısa, lakin şərəfli ömürlərindən dastan yazmaq da azdı. Onlar az deyillər. Hər biri üçün də bir "qara nağıl” başlamaq sizə asan gəlməsin. Elələri var ki, hələ də dost-doğmalarının gözləri yollarda, qulağı səsdə qalıb. Axı, nə şəhid olduqları bilinmir, nə də əsir düşmələri. Dərd belə oğulllarınkıdır.
Haqqında söz açmaq istədiyim Feyruz Bəyiş oğlu Alışov da belələrindən biridir. 1994-cü ilin yanvar-fevral aylarında aparılan "Murovdağ əməliyyatı”nda bir neçə nəfər döyüşçü dostları ilə "itkin” düşdü. Allah günaha yazmasın! Gənc komandir Kəlbəcərin işğaldan azad edilməsi yolunda canından keçdi. Onu yaxından tanıyanların yana-yana açdıqları sözdən də hiss olunur ki, Feyruz Alışov yurda, doğma el-obaya sədaqətliliyi ilə nümunə olub.
1994-cü ilin qışı yamanca sərt gəlmişdi. Doğma Kəlbəcərindən didərgin salınmış kəlbəcərlilərdən Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşanlar bu sərt havanı daha çox hiss edirdilər. Hacıkənd sanki döyüş meydanını xatırladırdı. Əslində, eləydi. Murovdağın qarlı zirvəsini də ələ keçirən düşməni geri oturtmaq o qədər də asan deyildi, lakin kəlbəcərli gənclər necə olursa-olsun, yağını zirvədən endirmək haqqında düşünür və yollar aramaqdaydılar. Təhniz-töhmət onları da bir tərəfdən məhv edirdi. Ağzına gücü çatmayanlar ilk növbədə onları qınayırdılar: "..Yönnü oğuldularsa, niyə Kəlbəcəri ermənilərə döyüşsüz təhvil verib gəlib burda isti yer axtarırlar?! Gedib vuruşub torpaqlarını, ev-eşiklərini, dədə-babalarının qəbirlərini azad eləsinlər də..!”
Bundan ağır ittiham ola bilməzdi. Feyruzgilin dəstəsi də bu təhqiredici fikirləri az eşitmirdi. Qəti qərara gəlmişdilər ki, kəşfiyyata çıxsınlar. Düşmənin mövqelərinə sarsıdıcı zərbə vurmaq üçün kəşfiyyat dəqiq məlumat gətirməli idi...

Toyundan bir həftə keçməmiş...

Bu gün də yanvarın 28-dir. Bu tarix, mənim yaddaşıma iki əlamətdar hadisə ilə yazılıb. 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan sərnişin vetrolyotunu düşmən göyün yeddinci qatında vurdu. Yəqin bilirsiniz ki, 42 nəfər birdən o vertolyot qəzasında şəhid oldu. Onların arasında bir kəlbəcərlimiz də vardı. Şuşada texnikumda müəllim işləyirdi. Kəlbəcərin Yanşaq kəndində anadan olmuş Eldarı deyirəm. Bu tarixdə Eldarın da ömrünün son nöqtəsi qoyulub. Allah rəhmət eləsin!
Bu gün həm də Murovdağdan aşıb Kəlbəcəri azad etməyə yollanan və illədir ki, səs-sorağı gəlməyən, sadəcə, "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş, kapitan Alışov Feyruz Bəyiş oğlunun da doğum günüdür!

Soyuqqanlılıq, başdansovduluq,

yoxsa, "açılmayan düyün”?

Buradakı soyuqqanlılığı yəqin ki, siz də hiss elədiniz. Bəlkə də bu, doğrudan belə olmalıdır? Bilmirik. Bildiyimiz odur ki, hərbçi olsan da, həyat yalnız soyuqqanlı olmağı yox, insanlara isti münasibəti göstərməklə də maraqlı olmalıdır. Feyruz Alışovun əsgərləri, döyüşçü dostları onun bir insan olaraq da xarakterindəki alicənablığı yeri gəldikcə xatirələrində üzə çıxarırlar. Kəlbəcəri düşmənə təhvil verən hərbi hissə komandiri isə sanki heç nə olmamış kimi, "mən belə hesab edirəm ki, burada heç bir düşmənçilik, qəsd yoxdur. Sadəcə olaraq qar uçqunu nəticəsində həlak olublar”,-yazmaqla sanki özünün borcunu yerinə yetirmiş olub.
Qətiyyən bu, belə deyil. Feyruz kimi oğullaın o dağlarda qar uçqununa salınması Saleh İlyasov kimi yuxarı eşalonda olmuş komandirlərin ya səriştəsizliyinin, ya da düşmən mövqesinə işləməsinin xəyanəti ilə eyni dərəcədə ölçülməliydi. Bilmirəm, bəlkə də komandir öz cəzasını aldı, ya almadı, bunun Feyruz, Xalid, Mirzəli, Şahin kimi igid döyüşçü qəhrəmanların dirigözlü itkin düşmənlərinə haqq qazandıra bilərmi?
Aradan keçən illər ərzində, adları çəkilən igidlərin doğmalarının axtarmadığı yer qalmadı, soraq eləmədikləri, yalvarmadıqları ünvan olmadı, kimsə onlara konkret cavab verə bilmədi. Bu sıraya Famil Heydər oğlu Mikayılovun da adını əlavə etməliyik. Müəmmalı şəkildə Murovun o üzündə "qar-tar apardı” deməklə, çoxları törədilən "təbii fəlakət”lə özlərini sığortalamış oldumu? İnanmıram. O igidlərin qisasları hələ də qalır! Qisas qiyamətə qaldısa, heç nə!
Bu da bir itkin igidin taleyinin son aşırımı. Necə aşdımsa bilmirəm. Əlacım Şəhriyarımıza üz tutmaq, Heydər babaya dərdimizi söyləməyə qaldı:
Heydər baba!
Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri düz on üç ildi.
Yəhərsiz-yüyənsiz, bir də ki, nalsız
Minilir kəhəri gör neçə ildi.

Heydər baba!
İzim düşmür cığırına, yoluna,
Meşəsinə, talasına, koluna.
Tamarzıyıq pətəyində balına,
Dadırıq zəhəri gör neçə ildi.

Heydər baba!
Köklənməyən, zillənməyən bir neyəm,
Kəlbəcərsiz yetim qalan körpəyəm.
Yurdu talan, bir yuvasız leyləyəm,
Düşmüşəm sərsəri gör neçə ildi.

Heydər baba!
Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
Batdımı Ağdamın, Laçının qanı?
Cəbrayıl, Füzuli... neçədi sanı,
Dağılıb məhvəri gör neçə ildi.

Heydər baba!
Məhəmmədə hücum çəkir dərd, qada,
Həsrətdi bir isti ocağa, oda.
Qalıbdı yağıya, quldura, yada,
Neçə ləl-gövhəri gör neçə ildi.

Məhəmməd NƏRİMANOĞLU
Bakı, 28 yanvar 2020-ci il




SON XƏBƏRLƏR

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

11:52 Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

11:40 “Tariximizin qəhrəmanlıq imzası” milli qəhrəmanlarımıza həsr olunub

10:35 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb