Bakı ikinci “Cümhuriyyət paradı”na HAZIRLAŞIR

Gündəm / 12.09.2018 15:50

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Bu münasibətlə Bakıdakı Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bir neçə gündür parada hazırlıq işləri də gedir.
Müdafiə Nazirliyi paradda nələrin olacağı haqda hələ ki rəsmi məlumat verməyib.

Cümhuriiyət tarixinin araşdırıcısı Nəsiman YaqubluModern.az-a açıqlamasında paradı alqışladığını vurğulayıb, amma daha detallı məlumata malik olmadığını deyib.

"Rəsmi şəkildə mənə dəvət gəlməyib. Təbii ki, özüm gedib iştirak edəcəm, yəqin ki, heç kimə qağada qoyulmaz. Bu çox əhəmiyyətli hadisədir. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir və burada Türkiyənin də dövlət başçısınının iştirakı gözlənilir”.

Tarixçi bildirib ki, bu tədbir ərəfəsində onların bir kitabı da çap olunub.

"Kitabın adı "Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”dir. Kitabın təqdimatını çox ehtimal ki, paraddan sonra Türkiyənin Azərbaycandakı səfirliyində keçirəcəyik”.

N.Yaqublu deyib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı Bakıda keçiriləcək parad sayca ikincidir.

"Belə bir tədbir ilk dəfə 1918-ci il sentyabrın 15-də keçirilib. O vaxt hərbi parad "Qurd Qapısı” deyilən ərazidən başlayıb, indiki Biləcəriyə qədər uzanıb. İndiki Bakı Dövlət Universitetinin ərazisi əvvəllər "Qırmızı qışlaq” adlanan yer idi. Oradan da keçmək şərti ilə Qafqaz İslam Ordusu Bakıya təntənəli şəkildə daxil olub və komandan Nuru Paşa həmin paradı keçirib. Budəfəki parad Qafqaz İslam Ordusunun şəninə keçirilən ikinci belə tədbirdir. Qafqaz İslam Ordusu buna haqq edir, Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakının azad edilməsində Nuru Paşanın böyük rolu olub. Mənə elə gəlir ki, 100 illik ərəfəsində, hadisələrin gedişatında biz Bakının gözəl bir yerində Nuru Paşaya, yəni Bakının xilaskarı olan bu insana abidə qoymalıyıq”.

Tarixçinin sözlərinə görə, TRT televiziyası Qafqaz İslam Ordusu haqqında ayrıca bir film çəkir:

"Həmin filmdə mən də iştirak etmişəm, Qafqaz İslam Ordusu haqqında danışmışam. Aldığım məlumata görə, sentyabrın ya 14-ü ya da 15-i Türkiyənin Prezident iqamətgahında həmin filmin təqdimatı keçiriləcək”.

"Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət tarixini araşdıran Akif Aşırlı da parad haqqında ətraflı məlumata malik deyil:

"Televiziyalarda, saytlarda parada hazırlığın görüntüləri yayımlanır. Bakı zəfərini özündə əks etdirən belə bir paradın keçirilməsinə çox ciddi ehtiyac var idi və bunu müsbət dəyərləndirirəm. Tarixdə də bu şəkildə rəsmi keçid olub, hətta 1918-ci il sentyabrın 17-də Hürriyət meydanında əsgərlərin rəsmi keçidi təşkil olunib və bayram əhval-ruhiyyəsi hökm sürürdü. 1 il sonra, 1919-cu ildə də Azərbaycan əsgərlərinin rəsmi keçidi olub. Bu paradların keçirilməsinin tarixi kökləri var. Hesab edirəm ki, bu paradın keçirilməsi bizim tariximizə, Bakının qurtuluş savaşına və həmin dönəmlərdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olanlara hörmət əlamətidir. Həm də Azərbaycan istiqlalına, müstəqilliyimizə bir münasibətdir”.

Akif Aşırlı deyib ki, paradla bağlı ona hansısa dəvət gəlməyib.

"Hələ ki məni də dəvət etməyiblər, ətraflı bir məlumatım yoxdur. Paradın kim tərəfindən və neçə təşkil olunması ilə bağlı məlumata malik deyiləm”.




SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları