Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi

Xəbər / 31.01.2020 11:59

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib.

AZƏRTACxəbər verir ki, konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.

RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov konfransı açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın adından iştirakçıları salamlayıb, onlara uğurlu iş arzulayıb. O qeyd edib ki, RAGB konfransının Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Günü ərəfəsində keçirilməsi əlamətdar haldır. Bu yaxınlarda 10 illik yubileyini qeyd etmiş RAGB-nin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə gördüyü işlərdən danışan R.Rəcəbov təhsil, mədəniyyət, ekologiya, səhiyyə və digər sahələrdə gerçəkləşdirilmiş layihələrdən söz açıb. "Fərəhləndirici haldır ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə fəal inteqrasiya etməklə yanaşı, öz köklərini, adət-ənənələrini də yaddan çıxarmırlar”, - deyə o bildirib.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov çıxışında Azərbaycanda rus dili və ədəbiyyatına dövlət qayğısından danışıb. O vurğulayıb ki, gənclər Rusiyada və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir, bir-birinin sevincinə şərik olurlar. Xalqlarımız arasında mehriban dostluq münasiblərinin qurulması dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik siyasətləri sayəsində mümkün olub.

"Yedinaya Rossiya” partiyasının "Molodaya qvardiya” təşkilatının Beynəlxalq istiqamət rəhbərinin müavini Valeriya Sidorenko RAGB ilə ən müxtəlif istiqamətlərdə müştərək layihələrin həyata keçirildiyini bildirərək deyib ki, siyasi-sosial yönümlü parlament debatları mövzusunda birgə tədbir uğurla keçirilib. "Düşünürəm ki, bu cür tədbirlərin ardıcıl keçirilməsi məqsədəuyğundur. Gənclər özləri də birgə işləməkdə maraqlıdırlar. Olduqca vacib məsələlərin müzakirə edildiyi bugünkü konfransda həm Moskvada, həm də regionlarda təhsil alan azərbaycanlı gənclərin iştirakı bizi çox sevindirir. "Molodaya qvardiya” və RAGB kimi təşkilatlar gəncləri istiqamətləndirir, onlara öz potensialından düzgün istifadə etməkdə yardımçı olur. Rusiya və Azərbaycan gəncliyinə yalnız irəli getməyi, çətinliklərdən qorxmamağı arzu edirəm”, - deyə V.Sidorenko vurğulayıb.

"Molodyoj Daqestana” nəşrinin müxbiri Mariya Malova hələ tələbəlik illərindən RAGB ilə sıx əməkdaşlıq etdiyini bildirib: "O zamanlar da RAGB üzvləri hər zaman fəallıq göstərirdilər. İndi mən və yaşıdlarım artıq tələbə olmasaq da, tələbələri dəstəkləmək, onların problemləri və planları ilə maraqlanmaq üçün bu gün buraya toplaşmışıq. Nə yaxşı ki, azərbaycanlı dostlarımla əlaqələrimizi itirmirik”.

Konfransda Azərbaycan diasporunun nümayəndəsi, iqtisad elmləri namizədi, dosent Aybəniz Rüstəmova, "Könüllü tibb işçiləri” Ümumrusiya İctimai Hərəkatının əlaqələndiricisi Olqa Nikitina, Dövlət Duması deputatının köməkçisi Yuliya Şmantsr, RAGB fəalı İlahə Ələkbərova və başqaları iki ölkə gənclərinin əməkdaşlığından, aktual sosial mövzularda birgə layihələrin hazırlanmasının əhəmiyyətindən danışıblar.



SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb