Azərbaycan MDB, Yaxın Şərq və Afrika ölkələrinə avtomobil ixrac edəcək

İqtisadiyyat / 05.02.2020 16:16

Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarını izah edib.

NK-dan Trend-ə verilən məlumata görə, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb:

"Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə qeyri-neft məhsulları istehsalının inkişaf etdirilməsi və dəstəklənməsi, idxalın əvəz olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların cəlb olunması, həmçinin ölkədə istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq işlər aparılır və zəruri tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində "Azərmaş” ASC və "İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun ("AzKron” MMC-nin "Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib.

İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 2019-cu ilin sonunadək 3 min avtomobilin istehsalı planlaşdırılır və müəssisədə 200 nəfər işlə təmin edilib. Zavodda "Khazar” brendi altında "LX”, "SD” (sadə), "LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə "Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.

"Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir. Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.

Müəssisədə istehsal olunan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin sənaye yığımı üçün idxalının gömrük rüsumlarından azad olunmasına zərurət yaranıb. Bu çərçivədə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı hazırlanıb.

Qərarda "minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilmiş, habelə "Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin "0” olaraq müəyyən olunması nəzərdə tutulub.

Qərar hazırlanarkən "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı və bir sıra digər qanunvericilik aktları təhlil edilib.

Qərarın qəbul edilməsi nəticəsində ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması, habelə gələcəkdə müvafiq yan sənaye müəssisələrinin ölkəmizdə təsis edilməsi üçün əlverişli şəraitin genişlənməsi proqnozlaşdırılır.

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı minik avtomobillərinin aşağıdakı bütün texnoloji əməliyyatların yerinə yetirilməsi ilə həyata keçirilən yığımı hesab olunur:

– kuzovun istehsal xəttinə yerləşdirilməsi;

– yan, ön və arxa şüşələrin, ön və arxa qapıların, şitin, ön və arxa buferlərin quraşdırılması;

– mühərrikin quraşdırılması və bərkidilməsi, mühərrikə idarəetmə mexanizmlərinin birləşdirilməsi;

– radiatorların quraşdırılması və soyutma sistemlərinin qoşulması;

– amortizatorların bərkidilməsi, transmissiyanın qoşulması;

– ön, arxa asmaların və yarımoxların quraşdırılması;

– ön təkər topu ilə sükan-idarəetmə sisteminin birləşdirilməsi;

– təkərlərin quraşdırılması və ön təkər topu yastıqlarının sazlanması, yanma çarxının quraşdırılması;

– sükan-idarəetmə hidrosisteminin, əyləc sisteminin doldurulması və sazlanması;

– fənərlərin, ön və arxa siqnal fənərlərinin quraşdırılması;

– səsboğucunun və tullantı qaz boru seksiyalarının quraşdırılması;

– yanacaq bakının quraşdırılması və yanacaqötürmə sisteminin qoşulması;

– generatorun quraşdırılması və ötürücü kəmərin sazlanması;

– akkumulyatorun quraşdırılması və qoşulması, elektrik zəncirlərinin yoxlanılması;

– ön və arxa oturacaqların quraşdırılması;

– mühərrikin diaqnostikası və sazlanması;

– əyləc sisteminin effektivliyinin yoxlanılması;

– tez zədələnən yerlərin konservasiyası;

– yığılmadan sonra qüsurların aradan qaldırılması;

– avtomobil və lövhəciyə eyniləşdirmə nömrəsinin vurulması;

– avtomobilin sürülüb yoxlanılması”.



SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb