Prezident İlham Əliyev "Azərenerji" ASC-nin "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gündəm / 10.02.2020 10:47

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq "Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

"Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. Respublikanın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına son dövrlərdə çox böyük diqqət yetirilir. Ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilməklə bu proses davamlı xarakter alıb, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər hazırda da davam etdirilir.

"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan "Dübəndi” yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib. Avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, "Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də "Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.

Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı "Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşdü.

Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. "Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da "Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.

Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.

Hesab edirəm ki, 2020-ci il "Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.

Energetiklər: Çox sağ olun, minnətdarıq.

Sonda xatirə şəkli çəkdirildi.



SON XƏBƏRLƏR

2020-02-20

20:18 Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

20:10 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

19:57 Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

19:22 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb (FOTO)

19:10 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub (FOTO)

18:52 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib (FOTO)

18:25 Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

18:07 Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

17:41 Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavini həbs edildi - RƏSMİ

17:20 "Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ münasibət açıqlandı

17:18 Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

16:05 Novruz çərşənbələrinin tarixləri açıqlandı

15:07 Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

14:53 DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib

13:50 Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

12:07 DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci olub

10:19 Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

2020-02-19

19:05 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

19:00 DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

18:46 Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb

18:43 Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

18:14 SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)

17:51 Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib

17:49 Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)

17:44 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

17:33 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)

17:26 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)

16:54 MSK sədri iddialara aydınlıq gətirdi

16:40 Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

16:06 Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

16:05 Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)

15:22 Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

14:59 Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb