Uşaqlıqdan başlayan sənət yolu

Mədəniyyət / 12.02.2020 14:47

Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin 50 yaşlı uşaq aşıqlar ansamblının uğurları bu gün də davam edir

Tarixin müxtəlif mərhələlərində aşıq sənətini təmsil edən saz-söz ustadları yazılı ədəbiyyatın klassikləri ilə eyni səviyyədə dayanan sənətkarlar olmuşlar.

Sinkretik xarakter daşıyan aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima və teatrın elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə cəmləyir. Bu cəhətləri özündə qovuşduran və şagirdlər tərbiyə edən sənətkarlara "ustad aşıqlar”, onlardan öyrənənlərə isə "şəyirdlər” deyiblər.

Təbii ki, hər sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif vasitələr olub. Ozan-aşıq sənətinin də yeni nəsillər tərəfindən yaşadılmasında uşaq aşıqlar ansamblları mühüm vasitələrdən biri olub. Uşaq aşıqlar ansamblları, təbii ki, uzun tarixi yol keçməyib. Respublikada bu istiqamətdə ilk addımlar ötən əsrin ortalarında, daha doğrusu, səksəninci illərində atılıb. Onu da qeyd edək ki, bu məsələyə xüsusi diqqət, əsasən respublikamızın qərb regionunda fəaliyyət göstərən mədəniyyət evləri və klublardan başlayıb. O yerdə ki aşıq sənətinin heyranları və biliciləri vardı, orada belə ansamblların yaradılmasına ciddi ehtiyac duyulurdu.



Tarixən ustad yanında şəyirdlik (şagirdlik) edən gənc aşıqlar xüsusi məktəblərdə bu sənətin sirlərinə bələd olmaq imkanında deyildilər. Ona görə də fərdi qaydada ustadın öyrətdiyi havacatlarla kifayətlənir, onun yolunu davam etdirməklə el-obada tanınırdılar.

Zaman keçdikcə bu sənətə maraq daha da çoxaldı. Bunu nəzərə alan respublika Mədəniyyət Nazirliyi ötən əsrin ortalarında klub və mədəniyyət evlərində həvəskarlardan ibarət uşaq aşıqlar ansambllarının yaradılmasını zəruri hesab etdi. Respublikamızın qərb bölgəsində aşıq sənətinə olan maraq xüsusilə özünü göstərməyə başladı.

Kəlbəcəri yalnız təbiətən cənnət-məkan sayanlar eyni zamanda bu ulu türk yurdunun istedadlılar məskəni olduğunu da unutmadılar. Burada dünyaya göz açanların saza-sözə vurğun olmaları da bir möcüzə sayıldı. Son illərin tədqiqatları göstərir ki, ozan-aşıq sənətinin kökləri tarixin daha dərin qatlarına gedib çıxır. Yəni o, incəsənətin digər növlərinin ən qədimi sayılır.

Belə ansambllardan biri də Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinin nəzdində 50 il bundan öncə yaradıldı. Əsasən sazbəndliklə məşğul və məşhur olan aşıq Əliş Quliyevin yaratdığı və bədii rəhbərlik etdiyi Uşaq aşıqlar və "Sazçı qızlar” ansambllarının tərkibi yalnız məktəbyaşlılardan ibarət deyildi. Hətta, bu ansambllarda hələ sazı sinəsində saxlaya bilməyən, dinləyənlərini isə heyran qoyan, "Aşıq Pəri” məclisinin üzvlərindən biri - Gözəl Zalova, Qəsibə Əlbəndova, Xanım Xanlarova, Südabə Allahverdiyeva, Südabə Həsənova... kimi qızların ifaları o zaman bütün mədəni-kütləvi tədbirlərdə gurultulu alqışlarla qarşılanırdı.



Atasından sonra illərdir ki, həmin ansamblın dağılıb məhv olmasının qarşısını alan, yeni nəfəslərlə, incə barmaqlı uşaqlarla qoruyub saxlayan bədii rəhbəri Yusif Quliyevdir. Ata-babadan yadigar qalan ozan-aşıq sənətinin yenicə saz tutan və buna marağı olan uşaqlara öyrədir ki, orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıqlıq, əslində, qədim ozan sənətinin davamı və varisidir: "Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənətinin bir qolu olan ozan sənəti zaman keçdikcə özünün yeni forma və məzmununu qazanıb. Rişələri ilə çox qədim köklərə, zəngin mifik və əsatiri təsəvvürlərə malik olan ozanlar orta əsrlərin mühafizəkar dini ideologiyası qarşısında uzun müddət müqavimət göstərsələr də, Dədə Qorqud ənənələrini qoruya bilmədilər və tədricən öz meydanlarını aşığa verdilər”.

Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinin direktoru Akif Bayramov deyir ki, həm sazbənd, həm də Uşaq aşıqlar ansamblının yaradıcısı və bədii rəhbəri kimi tanınmış aşıq Əliş Quliyevin ailəsində dünyaya göz açan Yusif və Asif qardaşları ata yolunu bu gün də layiqincə davam etdirirlər: Yusif müəllim ansamblın bədii rəhbəri, Asif isə atasının sazbəndlik peşəsi ilə məşğuldur, baxmayaraq ki, Kəlbəcər Uşaq İncəsənət Məktəbinin müəllimidir. Kəlbəcər yedillik uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra ixtisası üzrə dərs deyən Asif müəllim əvvəllər "Bahar” xalq çalğı alətləri ansamblında qoşanağara çalıb. Bu gün isə o, müxtəlif simli musiqi alətlərinin kamil bilicisi, ustadı, yaşadanı və onlarda kamil ifa edən kimi tanınır və sevilir”.



Yeri gəlmişkən onu da xatırladaq ki, bu ansamblın tərkibinə yeni həvəskarların cəlb olunmasında "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, yazıçı-publisist Qənbər Şəmşiroğlunun təşəbbüsü ilə reallaşan xüsusi layihələr də az olmayıb. Birlik onların müxtəlif müsabiqə və festivallarda iştirakını təmin, yüksək yerləri tutan uşaq aşıqların həvəsləndirilməsi üçün isə xüsusi mükafatlar təsis edib.

Ansamblın bədii rəhbəri Yusif Quliyev əlavə edir ki, Uşaq aşıqlar ansamblı yaradılarkən ustad aşıq Əliş Quliyevdən dərs alan həvəskarlardan bu gün respublikada çox məşhurlaş olanları var. Saz ifaçısı kimi tanınmış, vaxtilə Ümumittifaq Folklor Ansambllarına Baxış Müsabiqəsinin laureatı olmuş, Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı, Asif və Yusif Quliyev qardaşları, Rasim Əhmədov, Habil Sadıqov, Kərəm Abbasquliyev, Tahir Mirzəyev, Ədalət Əliyev, Ramiz Həsənov, Sevil Xıdırovanın və digərlərinin sənət yolu məhz bu ansambldan başlayıb: "Dünənki uşaqlar bu gün artıq kamil saz ifaçısı kimi özlərini təsdiqləyiblər. Ansamblın tərkibi Şəmisdan Nəcəfzadə, Atakişi Sadıqzadə, Samirə Əliyeva, Birgül Həsənova, Saqi Əhmədov, Murad Əliyev, Rəşad Mirzəzadə, Əli Huseynzadə, Ruslan Əliyev kimi sazla ülfət bağlayan, onu mehr-məhəbbətlə öyrənən gənclərimizlə bir az da zənginləşib”.

Cəmilə ÇİÇƏK

Məhəmməd NƏRİMANOĞLU



SON XƏBƏRLƏR

2020-07-30

20:00 QHT sədri: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir

19:55 "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib

19:52 Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

19:50 Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb

19:29 İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

18:53 Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

18:50 Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı: Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırdıq

18:40 “ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

18:02 Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib

17:53 DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

17:48 Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib

17:32 Azay Quliyev Rumıniya parlamentinə təşəkkür edib

17:13 QHT sədri: Dağlıq Qarabağ məsələsində Türkiyə dəfələrlə öz səsini ucaldıb

17:00 Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

16:48 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq

16:31 Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

15:53 İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Fuad Muradov könüllülərlə görüşdü (FOTO)

15:01 Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib (FOTO)

13:10 Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

12:40 Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir (VİDEO)

10:05 İsmayıllıda təməli qoyulan “DOST Evi” mərkəzi məşğulluğun və turizmin inkişafına dəstək verəcək

2020-07-29

19:16 Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər (VİDEO)

18:01 Nazir Hulusi Akar: Türkiyə mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

17:18 İcma bəyanat yaydı: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır

16:56 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

16:50 QHT bir qrup din xadimini mükafatlandırıb

16:19 Azərbaycan dəmir yollarında ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub

16:13 DTX: Xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən “Muxtar” ləqəbli azərbaycanlı Rusiyada saxlanıldı

15:55 1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

14:05 DİN əhaliyə müraciət edib

13:15 QMİ sədri: Bayram namazı və qurbanlıq ibadəti ilə bağlı builki fərqliliklər nəzərə alınmalıdır

12:47 Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

11:57 DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb