Məcburi köçkünlər budəfəki seçkilərdə də nümunəvilik göstərdilər

Xəbər / 12.02.2020 17:59

Kəlbəcərlilər yüksək səsçoxluğu ilə Aqil Məmmədovu seçdilər

Ölkəmizdə müstəqilliyin bərpasından sonra Milli Məclisə keçirilən seçkilər dövlətimizin və xalqımızın tarixinə, taleyinə mühüm hadisə kimi yazılıb. Azad, demokratik şəraitdə özünün seçmək və seçilmək hüquqlarından istifadə edən insanlar növbəti dəfə, fevralın 9-da yenidən seçki məntəqələrinə üz tutmuşdular. Budəfəki seçkilərdə ilk növbədə diqqəti çəkən məsələ seçicilərin əksəriyyətinin gənclərdən ibarət olmasıdır. Yüz minlərlə gənc ilk dəfə idi ki, ölkə vətəndaşı olduğunu öz səsi ilə təsdiqləyirdi. Bu əlamətdar tarixi günün uğurla başa çatması üçün ciddi hazırılqdan, yaradılan şəraitdən isə, əlbəttə, çox şey asılı idi.

Seçkilərdə iştirak edənlər müxtəlif yaş qruplarını təmsil etdikləri kimi, həm də onların müəyyən hissəsi Ermənistanın təcavüzkar siyasəti nəticəsində yurd-yuvası işğala məruz qalan məcburi köçkün soydaşlarımızdır. Həmin kateqoriyaya daxil olan seçicilərin də bu siyasi kampaniyada iştirakını təmin etmək üçün zəruri şərait yaradılıb.


Bakı şəhəri və Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün salınan qəsəbələr və yeni yaşayış məhəllələri az deyil. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni məhəllədə isə Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarından olan məcburi köçkünlər üçün fəaliyyət göstərən bir neçə seçki məntəqəsi var.

118 saylı Ağdam şəhər seçki dairəsinin 46 saylı seçki məntəqəsində seçkilərə ciddi hazırlıq görüldüyü bir anlıqdan hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Nəsibə Hüseynova bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin keçirilməsi üçün burada hər cür şərait yaradılıb. Məntəqədə 18 yaşlı ilk dəfə səs verən Fatimə Hacıyeva və Orxan Ağakişiyev kimi gənclərimizə rast gəldik.

Seçki məntəqəsində səsverməni izləyən yerli müşahidəçilərin fikirləri də müxtəlif idi. Burada Yeni Azərbaycan, Müsavat partiyalarının nümayəndələri ilə yanaşı, öz təşəbbüsü ilə seçkilərin gedişini izləyən bitərəflər də az deyildi.


Müşfiqabad qəsəbəsindəki 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 4, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 7, həmçinin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 28 saylı seçki məntəqələrində də seçicilərin səsvermədə fəallığının şahidinə çevrildik.

123 saylı Kəlbəcər dairə seçki komissiyasının sədri Adil Murtuzayevdən aldığımız məlumata əsasən, 51 min 785 kəlbəcərli seçici hüququna malikdir. Respublikanın 54 şəhər və rayonunun ayrı-ayrı yaşayış məntəqələrində məskunlaşmış kəlbəcərlilərin seçkilərdə iştirakı üçün 65 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 12-si Bakı şəhərindədir.

Kəlbəcərlilərin səsvermədə iştirak etdiyi seçki məntəqələrindən biri Bakı şəhərinin Xətai rayonunda yerləşir. 123 saylı Kəlbəcər seçki dairəsinin 3 saylı məntəqə seçki komissiyasının sədri Füruzə İsmayılova bildirdi ki, 887 seçicinin səs verməsi üçün burada hər cür şərait yaradılıb: "Seçicilərin fəallığını təmin edən isə ölkədə yaradılan demokratik şəraitdir. Hər kəsin öz namizədinə səs verməsi üçün hərtərəfli imkan var. Günorta saatlarınadək seçicilərin əksəriyyəti səsvermədə iştirak edib”.


123 saylı Kəlbəcər Seçki Dairəsinin 15 saylı məntəqə seçki komissiyasının sədri İbrahim Sadıqov qeyd etdi ki, vətəndaşlarımızın siyasi yetkinliyinin təmin edilməsi istiqamətində vaxtında aparılan təbliğat və təşviqat kampaniyasına xüsusi diqqət ayrılması vacib şərtlərdəndir: "660 seçicinin səs verdiyi bu məntəqədə müxtəlif siyasi partiya bloklarının namizədləri, o cümlədən YAP, AXCP, BXCP-nin, eləcə də bitərəf müşahidəçilərin izlədiyi seçki tam qanunauyuğun şəkildə keçir. Bir yer uğrunda 8 namizədin mübarizə aparması ilk növbədə seçkilərin azad, demokratik keçirilməsi, vətəndaşların isə seçmək və seçilmək hüquqlarının təmini deməkdir”.

123 saylı seçki komissiyasının 6 saylı məntəqəsinin sədri Kəlbəcər şəhər 84 saylı tam orta məktəbin direktoru Məmişova Həqiqət Xansuvar qızı 968 seçicidən 480 nəfərinin səsvermədə iştirak etdiyini bildirdi. Onu da əlavə etdi ki, seçicilərin əksəriyyəti, daha doğrusu, 84 faizi səsini Aqil Məmmədova veriblər.

62 saylı məntəqə isə Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi”ndə fəaliyyət göstərir. Seçicilərin sərbəst şəkildə səs verməsi üçün burada da hərtərəfli şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Nurəddin Hüseynov xüsusi olaraq vurğuladı ki, ömrünün ixtiyar çağlarını yaşayan, şəhid atası Qədim Məmmədovun səsvermədə iştirakı müxtəlif siyasi partiyaların müşahidəçilərinin də marağına səbəb oldu. Bu, bir daha onu göstərir ki, ölkə əhalisi seçkilərdə maraqlıdır. Hər kəs öz namizədinə səs vermək marağı ilə məntəqələrə gəlir.

Abşeron rayonu ərazisindəki 17 saylı seçki məntəqəsində də seçicilər layiq bildikləri namizədə səs vermək üçün məntəqəyə gəlirdi. Onlar havanın bir qədər soyuq və saxtalı keçməsinin də fərqində deyildilər. Məntəqə seçki komissiyasının sədri Aidə Əhmədovanın sözlərinə görə, müstəqil dövlətimizin qanunvericilik orqanının yenidən formalaşması xalqın doğru-düzgün seçimindən asılıdır.

123 saylı Kəlbəcər seçki dairəsinin 15 saylı məntəqə seçki komissiyasının sədri İbrahim Sadıqov qeyd etdi ki, vətəndaşlarımızın siyasi yetkinliyinin təmin edilməsi istiqamətində vaxtında aparılan təbliğat və təşviqat kampaniyasına xüsusi diqqət ayrılması vacib şərtlərdəndir: "660 seçicinin səs verdiyi bu məntəqədə müxtəlif siyasi partiya bloklarının namizədləri, o cümlədən YAP, AXCP, BXCP-nin, eləcə də bitərəf müşahidəçilərin izlədiyi seçki tam qanunauyuğun şəkildə keçir. Bir yer uğrunda 8 namizədin mübarizə aparması ilk növbədə seçkilərin azad, demokratik keçirilməsi, vətəndaşların isə seçmək və seçilmək hüquqlarının təmini deməkdir".

123 saylı Kəlbəcər seçki dairəsinin 4 saylı seçki məntəqəsində gördüklərimiz isə əsas verir deyək ki, burada da seçicilərin səs verməsinin təmini üçün münbit şərait yaradılıb. 1913-cü ildə Kəlbəcər rayonunun Yuxarı Qaraçanlı kəndində dünyaya göz açan Xeyransa Baxşəliyevanın da seçki məntəqəsinə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirməsi haqlı olaraq hər kəsin marağına səbəb oldu. Məntəqə seçki komissiyasının sədri Feyruz Həsənovun bildirdiyinə görə, bu dünyagörmüş ağbirçək bütün seçkilərdə məntəqəyə gələrək səs verir.

Sənan Sadıqzadə, Həşim, Aybəniz, Aynurə Nəcəfovlar, Gülbəniz Sadıqova, Əfruz, Kənan, Sənan Salmanovlar, Ələmdar Əmiraslanov və digərləri istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradıldığını bildirdilər.

Baş çəkdiyimiz məntəqələrdə istər məntəqə seçki komissiyalarının üzvləri, istərsə də müşahidəçilər özlərinin vəzifə və vətəndaşlıq borclarını yerinə yetirirdilər. Buna görə də seçki məntəqələrinə gələnlərin sərbəst, azad və demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradıldığını görmək mümkün idi. Bu həm də bir vətəndaşlıq borcu idi: Milli Məclisdə inandığı, etibar etdiyi, səs verdiyi namizədi deputat görmək üçün...

Cəmilə ÇİÇƏK,

Məhəmməd NƏRİMANOĞLU




SON XƏBƏRLƏR

2020-07-30

20:00 QHT sədri: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir

19:55 "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib

19:52 Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

19:50 Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb

19:29 İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

18:53 Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

18:50 Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı: Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırdıq

18:40 “ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

18:02 Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib

17:53 DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

17:48 Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib

17:32 Azay Quliyev Rumıniya parlamentinə təşəkkür edib

17:13 QHT sədri: Dağlıq Qarabağ məsələsində Türkiyə dəfələrlə öz səsini ucaldıb

17:00 Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

16:48 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq

16:31 Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

15:53 İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Fuad Muradov könüllülərlə görüşdü (FOTO)

15:01 Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib (FOTO)

13:10 Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

12:40 Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir (VİDEO)

10:05 İsmayıllıda təməli qoyulan “DOST Evi” mərkəzi məşğulluğun və turizmin inkişafına dəstək verəcək

2020-07-29

19:16 Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər (VİDEO)

18:01 Nazir Hulusi Akar: Türkiyə mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

17:18 İcma bəyanat yaydı: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır

16:56 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

16:50 QHT bir qrup din xadimini mükafatlandırıb

16:19 Azərbaycan dəmir yollarında ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub

16:13 DTX: Xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən “Muxtar” ləqəbli azərbaycanlı Rusiyada saxlanıldı

15:55 1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

14:05 DİN əhaliyə müraciət edib

13:15 QMİ sədri: Bayram namazı və qurbanlıq ibadəti ilə bağlı builki fərqliliklər nəzərə alınmalıdır

12:47 Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

11:57 DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb