Azərbaycan UNESKO-nun Hökumətlərarası Komitəsinin sessiyasına qatılıb

Mədəniyyət / 12.02.2020 18:16

Parisdə UNESKO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirilmiş fəaliyyət hesabatları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək 2005-ci il konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb. O bildirib ki, 2010-cu ildən konvensiyaya qoşulan Azərbaycan mədəniyyət sahəsindəki bütün qanun və sənədlərində onun prinsiplərini cəmləşdirib. Qeyd edib ki, Azərbaycan çox müxtəlif etnik və dini icmalara malikdir. Bu cür mədəni zənginliyə əsaslanaraq ölkəmiz mədəni özünüifadə müxtəlifliyinə hörməti səmərəli şəkildə inkişaf etdirməyə, icmalar arasında inklüzivliyi təşviq etməyə, yaradıcılıq sahələrinin inkişafını artırmağa, vətəndaş cəmiyyəti qurumlarını və sənət adamlarını cəlb etməyə və dəstəkləməyə, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığı artırmağa nail olub.

Mədəniyyət nazirinin müavini Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində öz mədəniyyət mənbələrindən fəal şəkildə istifadə edir və davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının fəal tərəfdarlarındandır. Azərbaycanın mədəniyyət sahəsində fəaliyyəti 2005-ci il konvensiyasının məqsədlərindən biri olan mədəniyyətlərarası dialoqun geniş və balanslı mübadiləsinin təmin edilməsinin təşviqi ilə üst-üstə düşür.

Vurğulanıb ki, mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə "Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Ölkəmizdə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rolu vurğulanıb, beynəlxalq təşkilatların, eləcə də UNESKO-nun onun əsas tərəfdaşları olduğu diqqətə çatdırılıb. 2017-ci və 2019-cu illərdə BMT-nin iki qətnaməsi ilə Forumun mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal platforma olduğu qeyd edilib. Bundan başqa, ölkəmizdə mədəni özünüifadədə hamıya bərabər imkanlar yaratmaq prinsipinə riayət edilməsindən, inklüziv layihələrin həyata keçirilməsindən danışılıb.

Yaradıcı sənayenin 2005-ci il konvensiyasının prioritet sahələrindən olduğu qeyd edilib. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün "Kreativ Azərbaycan” portalının istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir.

Qeyd edilib ki, UNESKO-nun qərarı ilə Bakı şəhəri təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə "Dizayn” tematikası üzrə daxil edilib. Azərbaycanın 2005-ci il konvensiyasının prinsiplərinə sadiq olduğu vurğulanıb.

Sessiya fevralın 15-dək davam edəcək.



SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb