Əli Əhmədov: Radikal müxalifət seçkilərin “nəticələrinə etiraz” bəhanəsi ilə qarşıdurma yaratmağa çalışır

Siyasət / 12.02.2020 14:21

Milli Məclisə keçirilən növbədənkənar seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra etiraf edilməli ilk və başlıca həqiqət bu nəticələrin Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının növbəti parlaq qələbəsinin ifadəsi olmasındadır.

Trend-in məlumatına görə, bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, ilkin nəticələrə görə partiyamızın namizədləri 72 dairədə səs çoxluğu qazanıb: "Bu, 2015-ci ildə keçirilən seçkilərdə partiyanın qazandığı deputat yerlərindən çoxdur. Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etmək hüququnu qazananların 13-ü qadın, 5-i 35 yaşa qədər olanlardır, 24 nəfər ilk dəfə parlament seçkilərində iştirak edib. Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər şeydən əvvəl Prezident İlham Əliyevin yüksək nüfuzuna, onun həyata keçirdiyi siyasət sayəsində iqtisadiyyatda, xalqın rifahının yaxşılaşdırılmasında, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsində əldə edilən möhtəşəm irəliləyişlərə, sabitlik, əmin-amanlıq və təhlükəsizlik kimi fundamental dəyərlərə, habelə genişmiqyaslı islahatlar konsepsiyasına əsaslanır. Seçkilərdə partiyanın qələbəsi, eyni zamanda Azərbaycanda İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar siyasətini insanların yüksək qiymətləndirməsi kimi də qəbul olunmalıdır".

Ə.Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin inkişafına verdiyi töhfələrin YAP-ın möhtəşəm qələbəsində xüsusi yeri olduğunu vurğulayıb: "Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi əslində xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, onun siyasətinə dərindən inamının daha bir ifadəsidir. Xalqın dəstəyi ilə həmişə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının növbəti uğuru, həmişə olduğu kimi, ilk növbədə xalqın qələbəsi, demokratiyanın təntənəsi, ədalətin zəfəridir. Mən fürsətdən istifadə edərək Milli Məclisin üzvü seçilmək şərəfinə nail olmuş digər partiyaların nümayəndələrini, bitərəf namizədləri də təbrik edirəm. Əminəm ki, onlar seçicilərinin etimadını doğrulda, ölkəmizdə parlament ənənələrinin inkişafına öz töhvələrini verə biləcəklər. Milli Məclisə keçirilən növbədənkənar seçkilərin çox mühüm saydığım digər bir nəticəsini də qeyd etmək istərdim. Prezident İlham Əliyevin siyasətini, ölkədəki inkişafı, sabitliyi və əmin-amanlığı qətiyyətlə dəstəkləyən xalqımız eyni zamanda bütün mütərəqqi dəyişikliklərə qarşı çıxan radikal müxalifətə növbəti dəfə öz qəti və birmənalı münasibətini ifadə etmiş oldu. İctimai dəstəyinin bütünlüklə itirilməsi səbəbindən seçkilərə qatıla bilməyən radikalların köhnə ənənələrinə sadiq qalaraq seçkiləri "boykot” etmək çağırışları biabırçı iflasa uğradı. Bunun iki başlıca nümunəsini göstərmək olar: birincisi və ən əsası insanların səsvermə günü müşaiyyət etdirdiyi fəallıq və Prezidentin siyasətini dəstəklənməsidir. İkincisi isə seçkilərdə rekord sayda, 1300-dən çox namizədin iştirak etməsidir".

"Radikalları məyus edən digər bir məqamı da ayrıca vurğulamağa dəyər. Bu da seçkilərə beynəlxalq təşkilatların yüksək marağı, seçki kampaniyasının ayrı-ayrı mərhələlərini və səsvermə prosesini izləmək məqsədi ilə Azərbaycana 900-dək beynəlxalq müşahidəçinin gəlməsidir. Onların mütləq əksəriyyətinin seçkiləri yüksək qiymətləndirməsi, kampaniyanın demokratik prinsiplərə uyğun, açıq rəqabət şəraitində və şəffaf şəklində keçirildiyinə əsas dəlillərdən sayıla bilər. Radikalların gözlədiyinin əksinə olaraq beynəlxalq müşahidəçilərin seçkilər ilə əlaqədar rəyləri onların ölkəmizdə keçirilən seçkilərə ləkə vurmaq planlarını alt-üst etmiş oldu. Əslində bu, radikalların sadəcə məğlubiyyəti deyil, sözün əsl mənasında iflası oldu.

Təəssüf ki, hər vəhclə Azərbaycanın demokratik imicinə kölgə salmağı özlərinin həyat kredosu elan etmiş radikal müxalifət seçkidən sonra da bəd əməllərindən əl çəkmir, aldıqları sifarişlərə uyğun olaraq artıq arxada qalmış seçkilərin "nəticələrinə etiraz” bəhanəsi ilə qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışır. Ancaq əvvəllərdə dəfələrlə olduğu kimi, indi də lənətlənmiş beşinci kolon adını götürmüş radikal müxalifətin bütün səyləri boşa çıxır və çıxacaq. Ona görə ki, əvvəlla ölkədəki inkişafı və sabitliyi yüksək qiymətləndirən xalqımız buna imkan verməz. İkincisi isə, xalqın rəğbətini qazanmaqda qeyri-adi fərasətsizlik göstərən uğursuz radikal müxalifət beşinci kolon kimi də bacarıqsızlığı və qabiliyyətsizliyi ilə seçilir. Bəlkə də bu mənada Azərbaycanın bəxti gətirib" - deyə Baş nazirin müavini əlavə edib.

O qeyd edib ki, siyasi tariximizin artıq bir parçasına çevrilmiş 9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi: "Bu, xalqın həm rəyi, həm də iradəsidir. Radikal müxalifət hər şeydən əvvəl onun özünə lazım olan həmin həqiqəti nə qədər tez dərk etsə o qədər yaxşıdır. Sözlərimi müsbət notlarla bitirmək istəyirəm. İki ay davam edən seçki heyacanı artıq arxadadır. İradəsini ifadə edən seçicilər, seçki marafonunun qalibləri rahatlıqla nəfəs alır, təbrikləri qəbul edirlər. Onların sırasında partiyamızın seçki kampaniyasının uğurla başa çatmasına qiymətli töhvə vermiş çoxsaylı könüllüləri ayrıca qeyd etmək, minnətdarlığımı bildirmək istəyirəm. Seçkilərin əsas qalibləri isə, heç şübhəsiz, Azərbaycan xalqı və onun lideri Prezident lham Əliyevdir. Bugünlərdə Türkiyənin, Rusiyanın və digər dövlətlərin başçılarının ünvanladığı təbriklər deyilənlərin birbaşa ifadəsidir".



SON XƏBƏRLƏR

2020-07-30

20:00 QHT sədri: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi öz müsbət nəticəsini verir

19:55 "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib

19:52 Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi

19:50 Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb

19:29 İctimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək layihəsi

18:53 Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

18:50 Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşı: Dağlıq Qarabağla bağlı həqiqətləri Britaniya ictimaiyyətinə çatdırdıq

18:40 “ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

18:02 Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib

17:53 DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

17:48 Həkim: Koronavirus əvvəlki simptomlarını nisbətən itirib

17:32 Azay Quliyev Rumıniya parlamentinə təşəkkür edib

17:13 QHT sədri: Dağlıq Qarabağ məsələsində Türkiyə dəfələrlə öz səsini ucaldıb

17:00 Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

16:48 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq

16:31 Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

15:53 İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Fuad Muradov könüllülərlə görüşdü (FOTO)

15:01 Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib (FOTO)

13:10 Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

12:40 Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir (VİDEO)

10:05 İsmayıllıda təməli qoyulan “DOST Evi” mərkəzi məşğulluğun və turizmin inkişafına dəstək verəcək

2020-07-29

19:16 Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər (VİDEO)

18:01 Nazir Hulusi Akar: Türkiyə mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

17:18 İcma bəyanat yaydı: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır

16:56 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

16:50 QHT bir qrup din xadimini mükafatlandırıb

16:19 Azərbaycan dəmir yollarında ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub

16:13 DTX: Xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən “Muxtar” ləqəbli azərbaycanlı Rusiyada saxlanıldı

15:55 1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

14:05 DİN əhaliyə müraciət edib

13:15 QMİ sədri: Bayram namazı və qurbanlıq ibadəti ilə bağlı builki fərqliliklər nəzərə alınmalıdır

12:47 Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

11:57 DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb