Azərbaycan dilinə ilk dəfə nəşr olunmuş “Tövrat” kitabının təqdimatı keçirilib

Mədəniyyət / 13.02.2020 14:44

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri açan MEK-in direktoru Leyla İmanova 2020-ci ilin Kitab Bağışlama Gününün devizinin "Kitaba məhəbbəti paylaş” olduğunu bildirib. O, Kitab Bağışlama Günündə rəmzi olaraq kitab formatında, ilboyu isə müxtəlif formatlarda MEK-in ən dəyərli resurslardan biri olan informasiyanın düzgün toplanılmasını, sistemləşdirilməsini, kitabxana istifadəçilərinin sorğularına uyğun təqdim edilməsini, MEK-in müxtəlif formatlarda fondları barəsində məlumatların oxucuların ixtiyarına verilməsini söyləyib. Ötən il 11 mindən çox kitabın müxtəlif təşkilat və qurumlara bağışlandığını qeyd edib. Leyla İmanova, eyni zamanda, MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan söz açıb. Qeyd edib ki, 2012-ci ildə başlayan ənənə müxtəlif formatlarda, sosial şəbəkələrdə, müxtəlif saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir. Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci il fevralın 14-dən başlanaraq uşaq yazıçıları, bloqqerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur.

Daha sonra kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Beynəlxalq Kitab Bağışlama Gününün tarixinə dair məlumat verib, MEK-in kitab bağışlama aksiyalarına aid qısa hesabatını təqdim edib.

Tədbir çərçivəsində MEK-ə də kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov çıxış edib. Təqdimatçı ibridən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunmuş "Tövrat”ı MEK-ə hədiyyə edib. O, indiyə qədər orijinal mətni ilə müqayisəli şəkildə tərcümənin mövcud olmadığını bildirib. T.Sadıqov gələcək planlarına dair vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular və tədqiqat işlərini davam etdirəcək. "Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, müqəddəs kitabın tərcüməsi ilə 2014-cü ildən başlayaraq 5 il məşğul olub. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırıb və problemlərin həllinə imkan yaradıb.

Tədbirdə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları MEK-in təşkil etdiyi, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbirin orijinal formatda keçirilməsini və "Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər.



SON XƏBƏRLƏR

2020-02-20

20:18 Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

20:10 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb

19:57 Binəqədi birinci seçki dairəsi üzrə 1 seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb

19:22 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb (FOTO)

19:10 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub (FOTO)

18:52 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib (FOTO)

18:25 Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

18:07 Səyyad Salahlı: Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar

17:41 Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavini həbs edildi - RƏSMİ

17:20 "Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ münasibət açıqlandı

17:18 Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

16:05 Novruz çərşənbələrinin tarixləri açıqlandı

15:07 Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

14:53 DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib

13:50 Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib

12:07 DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci olub

10:19 Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

2020-02-19

19:05 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı

19:00 DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

18:46 Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb

18:43 Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

18:14 SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)

17:51 Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib

17:49 Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)

17:44 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)

17:33 Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)

17:26 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)

16:54 MSK sədri iddialara aydınlıq gətirdi

16:40 Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

16:06 Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

16:05 Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)

15:22 Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

14:59 Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb