BU YOL Çətindir! Məsuliyyətlidir! Şərəflidir!

Siyasət / 14.02.2020 11:55

Seçkilər-2020


Bu yolda Aqil Məmmədova büdrəməmək, özündən əvvəlki deputatlarımızın atdığı addımların izi qalacaq yola çevirməsini arzulayaq!

YAP-ın növbəti mübarizəsi bir sıra namizədlərinin səsçoxluğu ilə deputat mandatına nail olmaqla QƏLƏBƏ ilə dünən sonuclandı!

TƏBRİKLƏR!

Təbliğat-təşviqat prosesində hərə özünü, az qala, artıq Milli Məclisdə hiss edirmiş kimi xalqa sırımağa çalışdı. Amma, atalar deyib, "sən saydığını say, gör fələk nə sayır".

Kəlbəcərdən MM-ə üzv olmaq üçün namizədliyini verən 8 nəfərin adlarını yalnız seçkilərin təbliğat mərhələsində eşitdik, amma, tanımadıq. İnciməsinlər, bizim onları tanımağımıza da ehtiyac yox idi! Açığı, yalnız Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş Aqil Məmmədovu tanıyırdıq. Namizədlərin arasında ilk gündən Aqil Məmmədovun indiyə kimi kəlbəcərlilərin arasında olub dərd-sərini nə qədər həll edə biləcəyi və bildiyini də unutmamışdıq. Ona görə də seçimimizdə yanılmayacağımıza əmin idik.

Bizim Kəlbəcəri necə və kəlbəcərlilərimizi hansı məhəbbətlə sevdiyimizi nəinki doğma kəlbəcərlilərimiz, onlardan da artıq ətrafda olan, yazı-pozumuzu oxuyan oxucularımız da bilir, baxmayaraq ki, bəziləri bunu həzm edə bilmir, orda-burda istədikləri kimi, mənfi imicimizi yaratmağa canfəşanlıq göstərirlər. Olsun, onlar da kəlbəcərlidirlər. Unutmayın ki, istedadlıları sevmirlər. Buradan bəzilərinin seçiciləri, xüsusən də dərs aldığımız, onlara da dərs verən müəllimləri hədəfə alıb təhqir eləməsinə baxmayaraq, canımızla-qanımızla kəlbəcərlilərimizə bağlılığımızı əlimizdən ala bilməzlər!

Aqil Məmmədovun nə yaxını deyilik, nə də indiyə kimi onun fəaliyyətini şişirdib təbliğ eləməmişik, baxmayaraq ki, bəziləri bunu edib. Heç RİH aparatında kabinetini də tanımamışıq. Amma, nəsil-nəcabətinə bələdik. Çünki Dədə Şəmşir ocağı müqəddəs olduğu üçün Türk dünyası tanıyır, ulu ozan sənətinin banilərindən olan Dədə Ələsgər bu ədəbi ocağı əbədi qorumağı göyçəlilərə və kəlbəcərlilərə əmanət edib!

Biz seçkilərin təbliğat prosesində ciddi-cəhdlə mübarizənin sivil yolla aparılmasını da gördük, Allah göydən baxır. Bəzi kəlbəcərli gənclər də haqlı olaraq öz namizədlərinin mövqeyini müdafiə edir, camaatımızı həmin adama səs verməyə çağırırdı. Yalnız belə olarsa, seçkilərin demokratik keçiriləcəyinə inanacaqlarını da bəri başdan gizlətmədilər.

Namizədlərin kimliyi, hansı vəzifə və ya mənsəb sahibi olması bizi ciddi düşündürmürdü. 8 yox, 18 nəfər kəlbəcərlinin də namizədliyini gözləyirdik. Çünki, kəlbəcərlilər Milli Məclisdə indiyə kimi onların səsini eşidən millət vəkilləri yetişdirib. Hələ sovetlər dövründə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Kalinin adına kolxozun naxırçısı (baxın da kimləri "deputat”lığa layiq görürdü sovetlər) Zaman Əmrahov, SSRİ-nin dağıldığı dövrdə Sahib Əkbərov, sonra Əlövsət Ağalarov, Şahlar Əsgərov, nəhayət, Cavid Qurbanov kəlbəcərlilərin parlamentdə səsi olublar. Bunları kim dana bilər?! Yalnız mərhum Zaman Əmrahovdan savayı, kimlərin necə deputat olması isə heç kimin (biz orta nəslin nümayəndələrinin) yaddaşından silinməyib hələ ki.

Sahib müəllimin 1992-ci ildə parlamentdə Kəlbəcərin əldən gedə biləcəyi həyəcan siqnalı yox, fəryad qoparmasını unutmaq olar?! YOX!

Əlövsət Ağalarovun iş yeri – "Azərnəşr” hələ heç deputat mandatı daşımadan da kəlbəcərlilərin ümid və pənah yeri, ağlaşma məkanı deyildimi?!

Növbə Cavid Qurbanova gəldi. Kəlbəcərlilərin deputatı olmuş Cavid müəllimin, ümumiyyətlə, nəinki Milli Məclisdə, müstəqil Azərbaycanın əsasının qoyulduğu vaxtlardan bu Vətən, dövlət, o cümlədən kəlbəcərlilər üçün elədiklərini, göstərdiyi xidmətlər (bütün sahələrdə, maddi və mənəvi baxımdan) unudulası və yaddan çıxasıdırmı?! Cavid Qurbanovun bu sahədəki fəaliyyətini yaxından izləyən və ictimai, siyasi, iqtisadi, sosial sahədə fəaliyyəti haqqında daha çox yazan jurnalist olaraq bunları xatırlatmağı özümüzə borc bilirik. Bəziləri fikirləşər ki, bəlkə Cavid Qurbanovun ya qohumu, yaxud işçisiyik?! Bizi kəlbəcərlilərimiz gözəl tanıyır, qəlbində Kəlbəcər sevgisi olanlara təqdim olunmağımıza ehtiyac yoxdur.

Cavid Qurbanov bu gün ölkəmizin inkişafında mühüm və strateji əhəmiyyət daşıyan sahənin - Azərbaycanın dünyaya açılan dəmir yollarının sahibidir. Bu, yalnız Cavid Qurbanova deyil, ilk növbədə biz kəlbəcərlilərə dövlət başçısının etimadı, inamı və belə məsuliyyətli vəzifəyə layiq bilməsidir! Buna görə dövlət başçısına dərin təşəkkürümüzü bildiririk!

Cavid müəllimi Azərbaycana verən, Dədə Şəmşirin yadigar oğlu, səxavəti və mərhəmətiylə Hacı Zeynalabidin Tağıyev yolunun davamçısı, şair-publisist, el ağsaqqalı Qənbər Şəmşiroğluya Allahdan uzun ömür və şəfa diləyirik!

Aqil Məmmədovun Ağdaban kimi dərdi var - bizlərlə birlikdə, kəlbəcərlilər!

Aqil Məmmədovun nəslindən bir gecənin içərisində 17 nəfərin vandal erməni quldurları tərəfindən vəhşicəsinə məhv edilməsi Ağdaban faciələrində qanlı yaradır!

Növbəti dəfə də MM-ə kəlbəcərli kimi bu ulu ozan, müqəddəs ocaqdan deputat seçilməsinə sevindik! Buna sevinməyəni kəlbəcərli hesab etmirik. Aqil Məmmədovun üzərinə daha çox məsuliyyət düşüb! O, indiyə kimi kəlbəcərliləri rayon miqyasında, seçkilərdən sonra isə rəsmi dövlət səviyyəsində, qanunverici orqanda sözünü deyəcək bir mandat sahibi kimi təmsil edəcək!

Aqil Məmmədov kəlbəcərlilərin sosial-məişət problemlərinə yaxından bələddir!

Bir müqəddəs yol başladı, eloğlumuz!

Bu yol, çətindir!

Bu yol məsuliyyətlidir!

Bu yol şərəflidir!

Bu yolda Aqil Məmmədova büdrəməmək, özündən əvvəlki deputatlarımızın atdığı addımların izi qalacaq yola çevirməsini arzulayaq!

Aqil Məmmədov! Yeni səlahiyyət və məsuliyyət mandatınızı kəlbəcərlilərdən aldınız, mübarək olsun!

Etimad inamdan yaranır! Sizə YAP-ın və kəlbəcərlilərin etibarı böyükdür. Məsuliyyəti isə ondan da çoxdur! Bu yolda Sizə uğurlar!!!


Məhəmməd NƏRİMANOĞLU



SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb