Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü

Xəbər / 17.02.2020 11:00
Bildiyiniz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Nəticə etibari ilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.

zekaisginda.az trend-ə istinadən məlumat verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev Prezident İlham Əliyevin "mən buraya gəlmişəm həqiqəti söyləməyə” fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək formada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq."Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu. Həmçinin Ermənistan baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin burada Ermənistan baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalışırdı. Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququndan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər”.
Hikmət Hacıyev vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı."Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur.

Hikmət Hacıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi: "Burada mən xüsusi ilə Dünya Bankının İcraçı Direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi. Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu”.


SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb