Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək

Siyasət / 19.02.2020 18:43

Trend-in İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə özəl müsahibəsi

Azərbaycanla İtaliya arasında ticarət münasibətləri

"Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi ilə ölkələrimiz arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artacaq. İtaliya təkcə neft üzrə Azərbaycanın birinci ticarət tərəfdaşı olmayacaq, həm də Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısı olacaq. Biz əminliklə deyə bilərik ki, bu, Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda İtaliya Azərbaycanla böyük ticarət kəsirinə də malikdir. Ona görə də biz növbəti bir neçə ili İtaliya şirkətlərinin Azərbaycanda mövqelərinin möhkəmləndirilməsi üçün vacib imkan kimi nəzərdən keçiririk”.

Səfir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artması ilə orta təbəqə də artır və bu, minlərlə ixracatçı şirkət üçün yeni imkanlar yaradır:

"Mən 2018-ci ilin iyulunda İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Sumqayıt polipropilen zavodunun birgə açılışını xatırlatmaq istərdim. Bu, qarşılıqlı uğurun və möhkəm tərəfdaşlığın əsaslandığı qarşılıqlı əməkdaşlıq növüdür”.

TAP layihəsi enerji əməkdaşlığının yeni səhifəsi kimi

A.Massari bildirib ki, TAP layihəsinin reallaşdırılması plana uyğun davam edir və yanvarın sonuna olan vəziyyətə görə, layihənin 92 faizi başa çatıb:

"Boru kəmərinin İtaliya seqmentində işlər sürətlə davam edir. Biz ilk Azərbaycan qazının payızda İtaliyaya daxil olmasını gözləyirik. Layihənin İtaliya və Aİ-yə qaz tədarükünün şaxələndirilməsində və təmiz enerjiyə keçidin sürətləndirilməsində rolunu nəzərə alaraq İtaliya hökuməti uzun illər ərzində bu layihəni dəstəkləyib”.

Səfir deyib ki, İtaliya böyüklüyünə görə Avropada ikinci istehsal sektoruna malikdir, amma ehtiyacı olduğu enerji həcminin çox kiçik hissəsini istehsal edir:

"TAP-ın ilkin qaz tədarükü həcmləri tələbatın müəyyən hissəsini qarşılasa da, bizim bazar daha çox tələb edə bilər. Mən bilirəm ki, bununla bağlı bir neçə variant, o cümlədən Trans-Anadolu boru kəməri mövcuddur, amma yəqin ki, bu məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir”.

Energetika çərçivəsindən kənara çıxan əməkdaşlıq

Səfirin sözlərinə görə, Azərbaycan şaxələndirmənin və daha çox şəffaflığın üstünlüklərindən ticarət və sənaye inkişafı baxımından yararlana bilər:

"İtaliya öz növbəsində sənaye sahəsindəki təcrübəsi sayəsində bütün sektorlarda kömək təklif edə bilər. Ona görə də biz prezidentimizin Azərbaycana səfərindən sonra sadə, amma ambisiyalı konsepsiya işə saldıq: "Neft və qaz hüdudlarından kənarda”. Bununla belə, biz başa düşürük ki, idxal sayəsində, eləcə də Azərbaycanda işləyən İtaliya şirkətləri sayəsində hasilat sənayesi diqqət mərkəzində qalacaq”.

A.Massari qeyd edib ki, kənd təsərrüfatı əməkdaşlığın ən perspektivli əsas sahələrindəndir:

"Təkcə 2019-cu ildə bizim bu sahədə bir çox vacib nailiyyətlərimiz olub. Bu sektorda məşğul olan bir çox şirkətlər beşinci gün Romada keçiriləcək biznes forumda iştirak edəcək”.

Səfir deyib ki, bərpa olunan enerji mənbələri, suyun və torpağın rekultivasiyası və ekoloji təmiz texnologiyalar sahəsində də çox iş görmək olar:

"Biz infrastruktur sahəsində də vacib imkanlar görürük və bu sahədə Azərbaycan böyük ambisiyalar nümayiş etdirir. Bundan başqa, yaradıcılıq və dizayn sahəsini də diqqətdən kənar qoymaq lazım deyil. Bir neçə ay əvvəl Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində Azərbaycan-İtaliya Dizayn Mərkəzi açılıb. Bu, Qafqazda dizayna həsr olunmuş ilk akademik mərkəzdir”.

İnvestisiya imkanları

"Fikrimcə, əgər neft-qaz sektorunun hüdudlarından kənara baxsaq, xarici iştirakçıların gələcək investisiyaları üçün nəhəng potensial görərik. Biz Azərbaycanda işgüzar mühitin yaxşılaşması məqsədilə hökumət tərəfindən keçirilən islahatları diqqətlə izləyirik. Yaxşı logistika da investisiyalara xidmət edir və mən hökumət tərəfindən görülən səyləri qiymətləndirirəm. Liman sənayesinə gəldikdə isə qeyd edim ki, İtaliyanın "DBA Group” şirkəti bir neçə il ərzində Ələt terminalında IT infrastrukturunun yaradılması üçün Bakı limanına kömək edib”.

Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsində İtaliyanın rolu

Səfir bildirib ki, iki ölkənin münasibətləri iqtisadi amillə məhdudlaşmır:

"Bu münasibətlər bir neçə əsr əvvəl yaranıb və bu gün xalqlar arasındakı dostluqla, qarşılıqlı turist axınının artması ilə, azərbaycanlıların "Made in İtaly” məhsullarına və İtaliya həyat tərzinə sevgisi ilə, eləcə də italyan mədəniyyətinə artan marağı ilə xarakterizə olunur. İtalyan dili Bakıda üç universitetdə tədris olunur. Daha çox italiyalı Azərbaycanı həm mədəni istiqamət, həm də iş yeri kimi qiymətləndirir. İtaliya Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsi üçün səy göstərir. Bu baxımdan Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması əsas məqsəddir. Bundan başqa, Azərbaycanın NATO ilə tərəfdaşlığını unutmaq lazım deyil. Bizim əsas məqsədlərimiz təkcə ikitərəfli xarakter daşımır: biz Bakının Avropa ölkələri və təşkilatları ilə möhkəm və qarşılıqlı səmərəli əlaqələri dəstəkləmək niyyətini görürük, qiymətləndiririk və dəstəkləyirik”.



SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb