SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)
Gündəm / 19.02.2020 18:14

SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, ''SOCAR-STP'' adlanan yeni birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcəkdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilmiş mərasimdə müqaviləni STP-nin baş direktoru Emin Məmmədov və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov imzalayıblar.
Birgə müssisənin yaradılması Azərbaycanın qlobal brendi olan SOCAR və ölkənin ən iri sənaye komplekslərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, MDB miqyasında və hətta daha geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.
Yeni birgə müəssisənin əsas gücü hazırki bazar tələblərinə uyğun olan peşəkar və təcrübəli texniki heyətin, sənaye səriştəliklərinin və müasir avadanlığın bir yerdə cəmləşdirilməsidir.
''SOCAR-STP''-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaqdır.
SOCAR-ın prezidenti Rovnəq Abdullayev imzalanma mərasimində bildirmişdir ki, yeni müəssisə mühəndislik və maşınqayırma sahələrinin simbiozu üçün şərait yaradır. Yeni müəssisədən əsas gözlənti yüksək keyfiyyətlə və rəqabətli şəkildə fəaliyyət göstərməklə açıq tenderlərdə uğur qazanması, həm Azərbaycan, həm də digər bazarlarda rəqabətli şirkətə çevrilməkdir. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi yeni yaradılan şirkətin əsas prioriteti olacaq.
Xatırladaq ki, ötən il dekabrın 10-da "Energy Forward” tədbiri zamanı SOCAR ilə STP arasında əməkdaşlığa dair ilkin anlaşma memorandumu imzalanıb və onun davamı olaraq, bu gün birgə müəssisə yaradılıb.
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları