Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

Siyasət / 19.02.2020 16:40

Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin tərkib hissəsidir. Reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bir mühüm məqamı da nəzərə alsaq ki, yaxın günlərdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə dərk olunar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Azərbaycanın davamlı diplomatik uğurlarından bəhs edən V.Rəhimzadə qeyd edib ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Prezident İlham Əliyev daim çıxışlarında bir çağırışı edir ki, Dağlıq Qarabağ gündəlik işimiz olmalıdır. Münaqişə ilə bağlı bütün həqiqətlər, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Məhz uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Bu günlərdə 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr də Ermənistanın bu günə qədər apardığı yalan təbliğatlara işıq salmaqla yanaşı, tarixin saxtakarlıq sevmədiyini, faktlara əsaslandığını bir daha işğalçı dövlətin rəhbərliyinə diktə etdi.

V.Rəhimzadə bildirib ki, təbliğatı real həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli həllində vacib amil kimi diqqətdə saxlayır:

"Təbliğat işinin yüksək səviyyədə qurulmasında Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk. Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində təbliğat vasitəsi kimi istifadə edilir. Bu vəsaitlər müxtəlif dillərdə tərcümə və təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Tədbirlərin əhəmiyyəti əldə olunan nəticələrdən də aydın görünür".

V.Rəhimzadə bildirib ki, Ümumdünya Qarabağ mitinqi də bu kimi tədbirlərin davamı olaraq Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq. Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşərək 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara öz töhfəsini verməlidir.



SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb