Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu

Siyasət / 24.02.2020 14:41

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək ölkəmizlə İtaliya arasında siyasi, iqtisadi, mədəni və elm sahələrində gözəl münasibətlər mövcud olub. Hər iki ölkə arasında siyasi və iqtisadi cəhətdən maraqlar hər zaman üst-üstə düşüb, bir-biirini tamamlayıb. Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, yüksək səviyyədə genişləndirilməsində maraqlı olublar. 1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan verib, Azərbaycan-İtaliya əlaqələrində yeni mərhələlərin başlanğıcını qoyub. Ölkələrimizin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının təməl daşına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına dövlət səfəri isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşdü.

Bunu Trend-ə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu uğurlu səfər Azərbaycanla İtaliya arasında münasibətlərin, tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Müxtəlif sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlər, iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması, Azərbaycan-İtaliya biznes forumu kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu. Əməkdaşlıqda prioritet təşkil edən Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması İtaliyaya enerji problemlərinin öhdəsindən gəlməyə və Avropanın qaz qovşağına çevrilməyə imkan yaradacaq:

"Qürurverici haldır ki, 2020-ci ilin sonunadək Azərbaycan qazı İtaliyaya daxil olacaq və buradan Avropanın digər ölkələrinə tədarük ediləcək. Beləliklə, TAP layihəsi qitənin qaz bazarında rəqabəti artırmaqla Avropanın enerji xəritəsində vacib rol oynayacaq və Azərbaycanla İtaliyanın qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətini möhkəmləndirəcək.

İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş yer alıb, İtaliya tərəfinin bu forumdan böyük nəticələr gözlədiyi, Romada imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi qeyd edilib".

N.Həmzəyevin sözlərinə görə, daha bir maraqlı məqam ondan ibarət olub ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkədə Azərbaycan mədəniyyət ilinin açılışına təsadüf edib:

"Bu tədbir çərçivəsində 10 ay ərzində bütün İtaliya ərazisində şoular, teatr tamaşaları, konsertlər, sərgilər və görüşlər keçiriləcək ki, bu da italyanlara Azərbaycanın ənənələri və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacaq.

"İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Azərbaycan Prezidentinin İtaliyaya tarixi əhəmiyyətli dövlət səfəri bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”. İtaliya Prezidenti Sercio Mattarella Romada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində səsləndirdiyi bu fikirlər Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təsdiq edib. Xüsusi ilə qeyd etmək lazımdır ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib".



SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb