Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı

İdman / 24.02.2020 12:49

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir.

Azərbaycan idman ölkəsi kimi artıq beynəlxalq aləmdə geniş tanınır, respublikamızın idman sahəsindəki uğurlarını, Olimpiya və Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələri idman ictimaiyyəti yüksək qiymətləndirir. Son illərdə Azərbaycanda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 kimi irimiqyaslı yarışlar buna əyani sübutdur.

Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür.

2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına hazırlıq işlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Paralimpiya Komitəsi və müvafiq idman federasiyaları həyata keçirirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.



SON XƏBƏRLƏR

2020-07-09

19:34 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

19:31 Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək

18:53 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

17:04 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

16:21 Azərbaycan AŞ Nazirlər Komitəsinin komitə iclasında təmsil olunub

16:06 Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

15:45 Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiq edilib

15:38 Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman

14:06 Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

13:02 Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU

12:50 Azay Quliyev: Yeganə istəyimiz odur ki, bütün əməkdaşlıqlar ATƏT-in müəyyən etdiyi mandata uyğun təşkil olunsun, Azərbaycan haqsız olaraq hədəfə alınmasın

11:44 QHT sədri: Gənclik olaraq üzərimizə düşən vəzifə bizi inamlı sabahlara aparan güclü liderimizin ətrafında sıx birləşməkdir

11:31 Leyla Abdullayeva: Azərbaycan XİN hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib

11:04 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

11:01 Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

10:33 Şuranın dəstəyilə insan alverinə qarşı layihənin icrasına start verilib

10:00 Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb