Əli Əhmədov: Tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
Siyasət / 24.02.2020 11:35

2020-ci ilin ilk ayları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət sahəsində zəngin fəaliyyəti ilə tarixə düşdü. Yanvar ayında Davosda Beynəlxalq İqtisadi Forumda iştirak edən, fevral ayında isə Münxen Təhklükəsizlik Konfransına qatılan Prezident İlham Əliyev, eyni zamanda çoxsaylı görüş və hadisələrlə müşayiət olunan İtaliya səfərini həyata keçirdi. Sadalananlar dövlətimizin xarici siyasət fəaliyyətinin intensivliyi ilə yanaşı, həmçinin Azərbaycanın beynəlxalq aləmdə rolu və əhəmiyyətinin durmadan artmasını sübuta yetirir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün "Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin yenicə başa çatan İtaliya səfərini sözün həqiqi mənasında tarixi səfər adlandırmaq mümkündür:
"Dövlətimizin başçısına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qarşılanma və qonaqpərvərlik bunun ən bariz ifadələrindən biri hesab edilməlidir. Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında 28 sazişin imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir.
İlham Əliyevin səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə dünya sivilizasiyasına əvəzsiz töhvələr vermiş İtaliya kimi dövlətin rəhbərlərinin Azərbaycanın, onun inkişafının, ələlxüsus ölkəmizin sivilizasiyaların dialoqunun inkişafı sahəsində xidmətlərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlının qəlbini haqlı olaraq qürur hissi ilə doldurur. Bu baxımdan Roma Papasının, bütünlükdə Vatikan dövlətinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində fəaliyyətini ayrıca qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir".
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır: "Heş şübhəsiz, tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhfələr verəcək. Ayrıca olaraq onu da qeyd etmək lazımdır ki, dövlət başçımızın hər bir uğurlu xarici səfəri, o cümlədən İtaliya səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq dəstəyin əhəmiyyətli şəkildə güclənməsi ilə müşayiət olunur".
2021-01-18
18:10 Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
18:00 Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
17:37 Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
17:34 Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
16:28 “Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” - İlham Əliyev
16:25 "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır" - Prezident
16:24 Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
16:22 Prezident Sumqayıtda iki zavodun təməlini qoydu
16:11 Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
15:49 Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)
15:17 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib
11:52 Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov
11:46 Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri
11:44 Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev
11:42 Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
11:40 Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq
11:21 Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov
11:19 Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
11:07 Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)
10:47 20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
10:29 Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər
10:22 Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?
10:20 Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib
10:08 Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib
2021-01-15
18:13 Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
18:05 Azərbaycan Minatəmizləmə Agentliyi yaradılır
17:26 “ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
16:53 Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
16:51 İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
16:35 Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
16:25 Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
14:55 Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
14:52 Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
16:21 Azərbaycanda 2021-ci ildə Formula 1-in keçiriləcəyi tarix təsdiq edilib

09:44 FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)
Maraqlı
19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb