Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyət / 24.02.2020 10:49

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açıq elan edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda siyasi proseslərdə qadınların roluna böyük önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, heç də təsadüfi deyil ki, 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüquqları verilib:

"Bu konfrans isə BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin 20-ci ildönümünə həsr olunub. Həmçinin beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklərdən çıxış edərək, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin icrası ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Bu xüsusda Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunu qeyd etmək istərdik. Bu prosesə vətəndaş cəmiyyətinin nümayəndələri və bu sahədə aktiv olan qeyri-hökumət təşkilatları da cəlb olunmaqla Milli Fəaliyyət Planının layihəsi hazırlanıb ki, hazırda dövlət qurumlarnın iştirakı ilə onun son mərhələyə çatdırılması istiqamətində iş aparılır”.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əksini tapıb: "Qadınlar qisasdan çəkinmək yönündə fəaliyyətin önündə olublar. Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanışlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol onayır. Qadınların sülhün təmin edilməsində rolu təmin olunmadan məqsədlərə nail olunmayacaq. 80-ə yaxın ölkə artıq BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı özünün Milli Fəaliyyət Planını qəbul edib. Biz də Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi ilə bağlı Fəaliyyət Planını qəbul etməyə çağırırıq”.

Tədbirdə, həmçinin Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir: "Ombudsman İnstitutu bu əhali qrupu ilə əlaqədar innovativ təşəbbüslərlə çıxış edir. Məcburi köçkünlərin müraciətləri araşdırılaraq, ehtiyacları təmin olunur. Eyni zamanda, qanunvericilkilə bağlı aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır”.

Ombudsman vurğulayıb ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda fəal iştirak ediblər: "Qadınların insan alveri qurbanlarına çevrilməsinin qarşısı alınmalı, onlar qərar qəbul edilmə prosesinə cəlb edilməlidirlər. Bu məqsədlə xüsusi modullar üzrə 4 istiqamətdə müvafiq proqramların hazırlanması vacibdir. Bunun üçün insan hüquqlarının müadfiəsi, yeni münaqişələrin qarşısının alıınması, iştirakçılıq və kütləvilik, xüsusi ehtiyacların ödənilməsi üçün dəstək tədbirlərinin həyata keçirilməsi lazımdır. Bunların həyata keçirilməsi qadınların ölkə həyatında aktiv iştirakına öz töhfəsini verəcək”.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir: "Təəssüf ki, İkinci Dünya Müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. BMT-nin 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Dağlıq Qarabağ münaqişəsində qadınlarımız işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağın azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın aktiv iştirak edəcəyini gözləyirik".



SON XƏBƏRLƏR

2020-06-04

19:44 Ombudsmanın Cəlilabad Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib

19:37 “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

19:33 Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

19:19 DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

18:28 Şura #evdəyəm kampaniyasına başladı!

18:10 TƏBİB sədri: Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir

17:45 Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək

17:07 Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb

16:30 Parlament sədrindən vətəndaşlara çağırış: Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın

14:55 Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam

14:24 Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI

14:11 Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq

14:04 Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

12:43 Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

12:40 DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

12:35 Türkiyədən Afrikaya tibbi yardım

12:32 Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq

12:11 Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)

11:33 ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

2020-06-03

20:20 Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub

20:18 Sabah Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq

20:16 DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

19:47 Ramin Bayramlı: Qaydalara əməl edilsə, məhdudlaşdırmalara getməyə bilərik

19:08 İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər

19:07 Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

18:43 Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

17:51 Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

17:43 Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

16:40 Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub

15:32 Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər

14:15 “Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO) (YENİLƏNİB)

13:36 Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)

13:19 Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO) (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:00 Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb

Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb