Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

Cəmiyət / 26.02.2020 14:14

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Trend-ə xocalıların başına gətirilən dəhşətlərdən danışıb. Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. O deyir ki, ilk dəfə ermənilər Xocalıya 1988-ci il sentyabrın 18-də silahlı hücum etdilər:

"Həmin vaxt Xocalıda toy məclisi var idi. Ermənilər xocalıların başının toya qarışdığını zənn edib şəhərə silahlı hücum etdilər. Xocalı kişiləri onda ermənilərin layiqli cavabını verdi və onlar geri çəkildilər. Həmin vaxtdan Xocalı mühasirədə saxlanılırdı. O gündən bizim faciələrimiz başladı. 4 il blokadada yaşadıq. Amma xocalılar torpağı qoyub qaçmadı. Xocalıda kişilər ailələrini şəhərdən çıxarmaq istədilər, amma heç bir qadın həyat yoldaşını, qardaşını orda qoyub qaçmadı. Qadınlar sona qədər şəhərdə ailələrinə dəstək oldu”.

D.Ağayeva deyir ki, 1992-ci il fevralın 25-də gecə Xocalının işıqları söndürülür:

"O vaxt mənim 20 yaşım var idi. Xocalıda rabitəçi işləyirdim. Gecə Xocalı qəfil atəşə tutuldu. Bildirdilər ki, artıq Xocalı aeroportu ermənilər tərəfindən alınıb. Şəhər birdən-birə atəşə tutuldu, evdən çölə çıxmaq mümkün deyildi. Biz sürünə-sürünə küçələrə axışdıq. Güllələr sel kimi yağırdı. Ayaqüstə duran adamı vururdular. Sürünə-sürünə Xocalıda körpünün altına gəldik, hamı orada idi. Oradan biz meşə ilə Ağdama tərəf getmək istədik. Meşədə qarın içində ağaclardan tuta-tuta yeriyirdik. Qoca, cavan, uşaq, bütün xocalılar meşə ilə dağı aşmağa çalışdıq. Qadın gördüm, körpə balasını boğub öldürdü ki, ermənilər səs eşidib gəlməsin. Meşədə kol-kosdan və qardan yerimək mümkün deyildi. Kiminin ayağını don vurdu, kiminin əlini. Uşaq yemək istəyirdi, ana yerdən qarı götürüb yemək adı ilə uşağa verirdi”.

Faciə şahidi deyir ki, zorla meşəlikdən dağı Ağdam rayonu tərəfə aşmaq istəyəndə qarşılarını əli avtomatlı ermənilər kəsib:

"Heç kimə baxmadan, qoca, uşaq, qadın bilmədən hamını gülləbaran elədilər. Mən ayağımdan yaralandım və huşumu itirdim. Ayılanda gördüklərimdən dəhşətə gəldim. Hər yer qan, hər tərəfim meyit idi. Yanımda bir hamilə qadın uzanmışdı, zarıyırdı. Qadının qarnında körpəsini güllələmişdilər. Bizdən bir-iki metr qarşıdan səs gəldi, əmr verdilər ki, qalxın ayağa. Bizi əllərimiz boynumuzun arxasında sıraya düzüb qadınları ayrı, kişiləri ayrı apardılar. Qadınları Əsgəran rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinin qarşısında erməni qadınlar bizi daşlamağa, təhqir etməyə başladılar. Sonra bizi polis şöbəsinin zirzəmisinə saldılar. Qardaşım da mənimlə girov götürülmüşdü, onu məndən ayırdılar. Zirzəmidə 50-yə yaxın qadın, uşaq var idi. Qadınları təhqir edir, işgəncələr verirdilər. Bir gecə qız və qadınlara orada işgəncə verdilər".

Dürdanə Ağayeva bildirir ki, fevralın 27-də gecə qadınları benzin yanacağı ilə dəyişdilər:

"Onların yanacağı yox idi. Mən isə qapının arxasında gizləndim, qızlarla çıxmadım. Çünki anam yolda ölmüşdü, qardaşlarımdan xəbərim yox idi. Mən Azərbaycan tərəfə keçə bilməzdim. Qızları təhvil verəndən sonra məni tapdılar və qara günlərim də ondan sonra başladı. 8 gün mənə olmazın işgəncələr verdilər, buz kimi yerdə saxladılar. Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü. Karen palçıqlı ayaqqabısını ağzıma sürtüb mənə torpaq yedirtmək istəyirdi. Mənə çox dedilər ki, denən Qarabağ ermənilərindi, səni buraxacağıq, amma mən heç nə demədim və buna görə də 8 gün dəhşətli işgəncələrə məruz qaldım. Hər gün məni bir neçə dəfə döyürdülər, tələb edirdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu deyim”.

Şahid qeyd edir ki, 8 gündən sonra mərhum Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə girovluqdan azad edilib:

"Əsirlikdə qadının gözü qarşısında iki oğlunun başını kəsdilər, 15 yaşlı bir oğlanın başını kəsib öldürdülər. Hamilə qadını körpəsi qarnında öldürdülər, qadının həyat yoldaşı havalandı. Tarixdə bu cür vəhşilik olmamışdı. Ermənilər bu cür vəhşilik törədiblər bizə qarşı. Gənc nəsil bu vəhşilikləri unutmamalıdır”.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.



SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb