Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)

Xəbər / 27.02.2020 16:21

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "2019-cu ildəki fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirib.

Trend-in məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2019-cu ildəki fəaliyyətinin bütün sahələrini əhatə edən geniş təqdimatla çıxış edib.

F.Qurbanov SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqinin və 26 qurumla birgə qrant müsabiqəsi keçirilməsinin 2019-cu ildə Şuranın fəaliyyətində ən mühüm hadisə olduğunu vurğulayıb.

İcraçı direktor Şuranın ən innovativ tətbiqlərindın olan e-vətəndaş xidməti çərçivəsində 2020-ci il qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və 40 mindən çox rəy verildiyini deyib.

F.Qurbanov 2019-cu ildə Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini qeyd edib:

"Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqqəti işçi olmaqla ümumilikdə 1939 nəfər cəlb olunub. 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirilib. 38 adda kitab, 30 adda kitabça və 230 adda digər növ çap məhsulu nəşr olunub. 55 televiziya verilişi, 62 sosial çarx, 38 film hazırlanıb. 18 sayt yaradılıb”.

F.Qurbanov Şuranın 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə qrant müsabiqəsi elan etməyi planlaşdırdığını bildirib və 2020-ci ildə könüllülük fəaliyyətinin təbliğinə dair ayrıca qrant müsabiqəsi elan olunacağını da deyib.

O, bildirib ki, 26 dövlət və digər qurumlarla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini mart ayında açıqlanacaq.

Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili” elan olunduğunu xatırladaraq Şuranın bu istiqamətdə görəcəyi işlər barədə məlumat verib. S. Cabbarova Şuranın təşəbbüsü ilə "SƏLİS Könüllü” İctimai Birliyinin yaradıldığını bildirib. O, "SƏLİS Könüllü” İctimai Birliyinə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. S. Cabbarova həmçinin, "İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya, Hesabat bankları haqqında da ətraflı məlumat verib.

Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə təqdimatla çıxış edib. N. Rəhimli həmçinin, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlər barədə də məlumat verib.

Tədbirdə çıxış edən QHT sədrləri Ziba Nəbiyeva, Cavad Qasımov, Bəxtimşah Tağıyeva, Təhmasib Novruzov, Muğan Əliyev, Fəridə Hicran, Şaban Nəsirov, Mətanət Əsgərqızı və digər şəxslər Şuranın 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.



SON XƏBƏRLƏR

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

18:57 “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

16:50 Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

15:39 Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir

13:56 Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

12:07 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

11:50 Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

11:45 Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

10:27 QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib

10:24 Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

2020-04-02

10:57 Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

10:13 Saralmış payız yarpaqlarıdır yazdıqlarım

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Product image

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb