Ödənişli ictimai işlərə nəzarət gücləndirilir

Gündəm / 27.02.2020 16:26

Haqqı ödənilən ictimai işlər proqramına cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün bu il respublika üzrə mütəmadi monitorinqlər aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, proqrama qanunsuz cəlb olunma hallarının aşkar olunması məqsədilə ictimai işçilərin hazırda xarici ölkədə və ya fərdi sahibkar kimi qeydiyyatda olub-olmamaları müvafiq elektron sistemlər üzərindən yoxlanılacaq.

Bu tədbirlər Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş "Haqqı ödənilən ictimai işlərə nəzarətin təmin edilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı”nda yer alıb.

İctimai işçilərin işə davamiyyətinin yoxlanılması və bu sahədə səmərəli monitorinqin qurulması üçün DOST mərkəzlərinin xidməti ərazilərində monitorinqlər həyata keçirməsi nəzərdə tutulub.

Əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət təşkil edilməklə, bu kartların hazırda özlərində olub-olmaması da seçmə üsulla yoxlanılacaq.

Eyni zamanda, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə KİV-ə mütəmadi məlumatlar veriləcək. Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin iş yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq.

Tədbirlər Planında monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.



SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb