Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Hadisə / 28.02.2020 12:48

Masallı rayonunun Təzəkənd kəndində 2 nəfəri qətlə yetirən, özünü və qayınanasını güllələyən şəxs Masallı rayon Mərkəzi Xəstəxanasından Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb.

Bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisəni törədən şəxs əməliyyat olunduqdan sonra Bakıya göndərilib: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü alt çənəsindən güllələyib. Nəticədə onun alt və üst çənəsi dağılıb, burnu qopmuşdu. Burada ilkin əməliyyat olunandan sonra xəstə 1 saylkı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinə köçürüldü. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. O bud nahiyəsindən qəlpəli yaralar almışdı. Qadının vəziyyəti normallaşdığı üçün reanimasiya şöbəsindən travmatologiya şöbəsinə köçürülüb".

Xatırladaq ki, fevralın 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb.



SON XƏBƏRLƏR

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

12:55 Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

12:37 Şuranın dəstəyilə Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası təşkil ediləcək

11:51 Şuranın dəstəyilə “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçiriləcək

11:19 Şuranın dəstəyilə sosial şəbəkələrdə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işi aparılacaq

09:08 Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

09:00 Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

2020-07-01

19:40 Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib

19:37 BƏT-in regional tədbirində Azərbaycanda pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirləri barədə məlumat verilib

19:29 Demokratik Jurnalistlər Liqası etno və dini müxtəlifliklə bağlı layihəyə başlayır

19:25 Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO)

19:05 Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

18:59 İtaliya portalında “Azərbaycan diplomatiyasının təktərəfliliyə qarşı yüksəlişi” adlı məqalə dərc olunub

18:58 Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

18:40 Sabahdan Bakıdakı polis postları ləğv edilir

18:37 DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub

18:00 Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

17:45 Şuranın dəstəyilə “Bir vətənimiz var-Azərbaycan” adlı sənədli film hazırlanacaq

16:19 QHT sədri: Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib

16:16 Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edildi - SƏRƏNCAM

15:42 Şuranın dəstəyilə "Azərbaycanda yaşayan talışların sənətkarlıq nümunələri” təbliğ ediləcək

14:12 Şuranın dəstəyilə “Pandemiya dövründə Daşkəsən rayonunda aztəminatlı ailələrə yardım” olunacaq

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb