“Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi elan edilir

Mədəniyyət / 02.03.2020 17:49

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı "British Council Azərbaycan”ın dəstəyi ilə "Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqənin adı bu il 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman” əsərindən iqtibas olunub. Müsabiqənin ideyası da bu paradoksda – "yeni” və arxaik "dudman” sözlərinin vəhdətindədir.

Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır.

"Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi tədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

Tədris proqramı çərçivəsində aprel-may aylarında yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.

Dramaturgiya müsabiqəsi mərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.

Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.

"Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.



SON XƏBƏRLƏR

2020-04-10

18:00 Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

17:46 Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

17:29 Prezident İlham Əliyev: Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib

17:21 İlham Əliyev: Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır

17:14 Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb

17:07 İlham Əliyev: Türk Şurasının ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür

16:52 Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

16:30 Avropa Şurasının baş katibi Avropanın pandemiyaya hazır olmadığını deyib

16:12 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:59 Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər - BNA

15:46 Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

15:15 Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

14:27 Mədəni irsimizin tanıdılması məqsədilə uşaqlar üçün video təqdim olunub

14:08 Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək

13:25 Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

13:22 Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

10:45 Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

10:04 Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

09:52 AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır

2020-04-09

22:52 Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

22:37 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)

22:12 10 min işsizə birdəfəlik ödəmə köçürülüb

21:07 Qoruqların gəlirləri 15 dəfə artıb

20:15 Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

19:40 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

19:09 BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)

18:44 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

18:00 Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

16:40 Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

16:36 "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)

16:19 Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah

14:29 Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

11:46 Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb