“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib

Mədəniyyət / 03.03.2020 18:52

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, müşavirənin ilk günü panel iclasında "Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr” mövzusunda məruzələr dinlənilib.

Panel iclasda çıxış edən "Şirvan şərabları” MMC-nin satış üzrə meneceri Nizami Əliyev "Şərab yolları” marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi haqqında məlumat verib.

Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 ha sahədə üzümçülük və şərabçılıq kompleksinin yaradılması, yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarının salınması, dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edərək sahəsi 4398 kvadratmetr olan zavodda orqanik bioşərabın istehsalı, eləcə də kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına da töhfə verib, istehsal olunan şərablar qısa müddətdə bazarda öz layiqli yerini tutub.

Həmçinin, üzümün yetişdirilməsindən şərab məhsullarının istehsalına kimi bütün mərhələlərdə kimyəvi vasitələrdən, süni konservantlardan, boyaq maddələrindən, aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar "Meysəri” markası və "Sədəf”, "Mərcan”, "Məxməri”, "Bülluri”, "Sənəm” və "İnnabı” adları ilə satılmaqdadır. Təqdirəlayiq haldır ki, istehsal olunan məhsullar Fransanın "Ecosert” şirkəti tərəfindən sertifikatlaşdırılıb, eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, müəssisə isə ISO 22000 - Qida Təhlükəsizliyi Sistemi sertifikatına layiq görülüb.

2019-cu ilin 30-31 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb. Hazırda kompleks yerli və xarici turistlərin tərcih etdiyi, turizm şirkətləri tərəfindən mədəni turların təşkili olunduğu turistik məkanlardan biridir.

İclasda həmçinin, "Absheron Olive Garden” şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsini təqdim edib. Bildirib ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Portuqaliyanın "Vinomatos” şirkətinin Azərbaycana müvəqqəti gətirdiyi xüsusi texnika və mütəxəssislərin iştirakı ilə 610 ha sahədə zeytun bağı salınıb. Layihəyə İtaliya, İspaniya, Türkiyədən də mütəxəssislər cəlb olunub. Müəssisə tərəfindən istehsal olunacaq zeytun yağları və süfrəlik zeytun növləri yerli və xarici bazarlarda satılacaq.

"Yəhudi irsi üzrə Avropa marşrutu” humanitar təşkilatının direktor müavini - Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxış edərək diqqətə çatdırıb ki, yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar.

Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən dağ, Avropa və gürcü yəhudiləri icmaları Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğində aktiv iştirak edirlər. Bu həqiqətlərin dünyaya çatdırılmasında İsrail hər zaman Azərbaycanın yanındadır.

Z.İsayev yəhudilərin kompakt yaşadığı Qubadakı Qırmızı Qəsəbədə bu xalqın nümayəndələri üçün hər cür şəraitin mövcud olduğunu deyib. Bildirib ki, Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev "Qədim qayaüstü incəsənət izləri” marşrutu barədə məlumat verib. Vurğulanıb ki, UNESCO-nun Dünya irs siyahısında yer alan Qobustan qoruğundakı qayaüstü təsvirlərdə ovçuluq, fauna, flora və həyat tərzinə aid simvollar mövcuddur.

"Termal şəhərlər” marşrutu üzrə "Qalalatı Hotel and SPA”nın satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzinin xidmətləri və qeyd edilən marşrutda mövqeyi ilə bağlı məruzə edib. Bildirib ki, bənzərsiz memarlıq üslubuna və istirahət formasına sahib olan mərkəz Bakıdan 120 kilometr aralıda, Şabran rayonunda fəaliyyət göstərən tibb və rekreasiya kompleksidir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya "Naftsu”, yəni "neftli su” deyirlər. "Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. "Qalaltı” kurortu 2016-cı ildə Avropa Şurasının "Termal şəhərlər” marşrutuna üzv qəbul olunub.

"Grand Agro” MMC-nin direktor müavini İlqar Məhərrəmov "Zeytun ağacları” marşrutu üzrə məruzə edib. Bildirib ki, bu marşrut Azərbaycanda zeytun mədəniyyətinin inkişafında yeni mərhələdir. O, təmsil etdiyi MMC-nin fəaliyyəti haqqında məlumat verdi, layihənin əhəmiyyəti, bağların yerləşməsi, köhnə bağların bərpası və yenilərinin salınması, zeytun mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təkliflər səsləndirib.

Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



SON XƏBƏRLƏR

2020-04-10

18:00 Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

17:46 Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

17:29 Prezident İlham Əliyev: Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib

17:21 İlham Əliyev: Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır

17:14 Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb

17:07 İlham Əliyev: Türk Şurasının ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür

16:52 Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

16:30 Avropa Şurasının baş katibi Avropanın pandemiyaya hazır olmadığını deyib

16:12 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:59 Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər - BNA

15:46 Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

15:15 Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

14:27 Mədəni irsimizin tanıdılması məqsədilə uşaqlar üçün video təqdim olunub

14:08 Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək

13:25 Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

13:22 Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

10:45 Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

10:04 Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

09:52 AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır

2020-04-09

22:52 Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

22:37 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)

22:12 10 min işsizə birdəfəlik ödəmə köçürülüb

21:07 Qoruqların gəlirləri 15 dəfə artıb

20:15 Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

19:40 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

19:09 BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)

18:44 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

18:00 Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

16:40 Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

16:36 "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)

16:19 Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah

14:29 Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

11:46 Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb