Xaçmazda “Yenə o bağ olaydı” adlı səyyar sərgi olub (FOTO)

Mədəniyyət / 06.03.2020 14:02
"YARAT” Müasir İncəsənət Məkanı martın 5-də Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına "Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə tanınmış italyan rəssamı Mikelancelo Pistolettonun və perspektivli yerli rəssamların əsərləri nümayiş olunur.
Açılış mərasimində "YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova çıxış edərək, bundan əvvəl ölkəmizin digər regionlarında təşkil olunan səyyar sərgilərin incəsənət həvəskarlarının böyük marağına səbəb olduğunu bildirib. Budəfəki sərginin proqramına "YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev belə bir sərginin təşkilinin xaçmazlılar üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, "YARAT”ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verib:

"Məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət "Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş "Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə "Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. "Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır".

Bildirilib ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.

Sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Merzedes Sturm-Lie və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən video skrininq proqramı ilə müşayiət olunur.

YARAT səyyar sərgi çərçivəsində "Nargis” jurnalının "Çeşidləmə Layihəsi – 2019”la (Recycle Project) birgə əməkdaşlıq nəticəsində Rəşad Ələkbərovun "Yenidən istifadə et. Azalt. Çeşidlə." ("Reuse. Reduce. Recycle.") instalyasiyasını özündə əks etdirən ictimai incəsənət proqramını təqdim edir.

Sərgi Xaçmaz Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin nəzdindəki Xaçmaz Dövlət Qalereyasının dəstəyi ilə həyata keçirilir.



SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb