Müstəqil Azərbaycan tarixində Milli Məclis sədri seçilən ilk qadın siyasətçi Sahibə Qafarova kimdir?

Xəbər / 12.03.2020 12:27

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən millət vəkili Sahibə Qafarova Milli Məclisin yeni sədri seçilib.

Beləliklə, o, müstəqil Azərbaycan tarixində bu vəzifəyə seçilən ilk qadın siyasətçidir.

Qeyd edək ki, Sahibə Qafarova Şəmkir şəhərində anadan olub. O, M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı institunu (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində yüksək tədris göstəricilərinə görə, Lenin adına təqaüd alıb.

S.Qafarova 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1981-1984-cü illərdə Bakı Slavyan Universitetində aspirantura pilləsində təhsilini davam etdirib. 1985-ci ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent və professor kimi çalışıb. 1987-ci ildə elmlər namizədi alimlik dərəcəsi alan S.Qafarova 1998-2000-ci illərdə doktoranturada elmi tədqiqatlarını davam etdirib.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində, 2004-cü ildən isə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. O, 2004-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda tədqiqatlar aparıb, Birləşmiş Ştatların Prinston, Miçiqan, E.S.Tennessi Universitetlərində Azərbaycanda qadın mövzusunda mühazirələrlə və təqdimatlarla çıxış edib, bir sıra beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. Çoxillik elmi və pedaqoji faliyyətin nəticəsi olaraq 80-ə qədər elmi və tədris-metodik işin, monoqrafiyanın, proqramların və dərs vəsaitlərinin müəllifidir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Sahibə Qafarova pedaqoji sahədə olduğu kimi, siyasi faliyyətində də aktiv mövqeyi ilə seçilib. Belə ki, 2010-cu ildə Milli Məclisə seçkilərdə Şəmkir şəhərindən millət vəkili seçilən Sahibə Qafarova beşinci və altıncı çağırış Milli Məclisinin də üzvü olub. Beşinci çağırış Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olan S.Qafarova millət vəkili kimi təmsil etdiyi Şəmkir rayonunun sosial – iqtisadi məsələlərinin həllinə daim diqqət göstərib, seçicilərin müraciətlərinə həssaslıqla yanaşıb. O, rayonda bir sıra orta təhsil müəssisələrinin təmiri və yenidən qurulması, kəndlərin qazlaşdırılması, mədəniyyət, idman və digər sosial obyektlərin tikilməsi, yeni yolların çəkilməsi ilə bağlı Milli Məclis iclaslarında təşəbbüslə çıxış edib, sonradan bu məsələlərin bir çoxu Azərbaycan hökuməti tərəfindən Dövlət proqramlarına salınaraq uğurlu həllini tapıb.

Sahibə Qafarovanın təşəbbüsü ilə humanitar xarakterli sosial layihələr də həyata keçirilib. Respublikanın müxtəlif tibb müəssisələri ilə birgə reallaşdırılan layihə çərçivəsində Şəmkir rayonunda imkansız ailələrin üzvlərinin və uşaqların tanınmış həkimlərindən ibarət tibbi heyət tərəfindən səyyar klinika daxilində bir neçə dəfə pulsuz oftolmoloji müayinədən keçirilməsi, pulsuz əməliyyatların aparılması Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm dəstək kimi qiymətləndirilərək böyük ictimai marağa səbəb olub.

S.Qafarova beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması yönündə Milli Məclisin fəaliyyətində də aktiv şəkildə iştirak edib. Xüsusilə, 2010-cu ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi 10 il müddətində müvəffəqiyyətlə təmsil olunan Sahibə Qafarova AŞPA komitəsinə sədrlik edən ilk azərbaycanlı parlamentari olub. Belə ki, millət vəkili 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib. O, bu dövrdə Avropanın bir çox ölkələrində miqrant düşərgələrində olub, Avropada miqrant böhranının həlli və beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Sahibə Qafarovanın təşəbbüsü ilə 2017-ci ildə Bakıda komitənin iclası keçirilib. Tədbirdə iştirak edən AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanın müxtəlif dövlət qurumlarında rəsmi görüşlər keçirib, ölkəmizdə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı siyasəti və Dağlıq Qarabağ münaqişəsi haqqında real faktlara əsaslanan məlumatlarla tanış olublar.

Sahibə Qafarovanın AŞPA komitəsinin sədri kimi fəaliyyəti ölkəmiz üçün çox əlamətdar olub. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulmuş hüquqlarının bərpası məsələlərini daim gündəmə gətirib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallıqları Avropa ictimaiyyətinin diqqətinə çatdırıb. O, qurumun sessiyalarında həmçinin Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, ölkəmizin ən müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətlər, respublikamızın beynəlxalq rolu və mövqeyinə dair çoxsaylı çıxışlar edib.

Bununla yanaşı, 2015-2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi seçilən Sahibə Qafarova həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. 2017-ci ildə məhz S.Qafarovanın təşəbbüsü ilə bu şəbəkənin də Bakıda seminarı təşkil olunub.

O, müxtəlif vaxtlarda AŞPA-nın Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Azərbaycanlı parlamentarinin fəaliyyəti AŞPA-da yüksək qiymətləndirilib, o, qurumun Büro üzvü vəzifəsinə seçilib.

Milli Məclisin sədri S.Qafarova 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, təşkilatın tədbirlərində xalqımızın və dövlətimizin mənafeyinin qorunmasında fəal mövqe nümayiş etdirib.

O, həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin iclasında Sədr vəzifəsinə seçilib.



SON XƏBƏRLƏR

2020-04-10

18:00 Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

17:46 Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

17:29 Prezident İlham Əliyev: Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib

17:21 İlham Əliyev: Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır

17:14 Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb

17:07 İlham Əliyev: Türk Şurasının ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür

16:52 Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

16:30 Avropa Şurasının baş katibi Avropanın pandemiyaya hazır olmadığını deyib

16:12 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:59 Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər - BNA

15:46 Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

15:15 Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

14:27 Mədəni irsimizin tanıdılması məqsədilə uşaqlar üçün video təqdim olunub

14:08 Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək

13:25 Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

13:22 Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

10:45 Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

10:04 Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

09:52 AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır

2020-04-09

22:52 Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

22:37 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)

22:12 10 min işsizə birdəfəlik ödəmə köçürülüb

21:07 Qoruqların gəlirləri 15 dəfə artıb

20:15 Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

19:40 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

19:09 BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)

18:44 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

18:00 Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

16:40 Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

16:36 "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)

16:19 Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah

14:29 Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

11:46 Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb