Dünya koronavirusa qarşı birləşir

Gündəm / 16.03.2020 12:09

Azərbaycan dövləti əhalinin bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir

Koronavirus infeksiyasının (COVID-19) dünyada geniş yayıldığı, Dünya Səhiyyə Təşkilatının (DST) qlobal pandemiya elan etidiyi şəraitdə ölkələr əhalisinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirməyə başlayıblar.

Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal allıb. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir.

Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST-nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Hazırda Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyıb. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

Koronavirusun dünyada geniş yayılması ilə əlaqədar DST tərəfindən infeksiyanın qlobal pandemiya elan olunması Azərbaycanda da əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.

Əməl olunmalı qaydalar həm də milli təhlükəsizlik və milli həmrəylik məsələsidir

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur.

Həmin qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmasını tələb edir. Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və eyni zamanda məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək vermək ilə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz töhfəsini verəcək.

Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlara qeyd-şərtsiz əməl etməsi qarşıda duran vəzifələrin mümkün qədər səmərəli icrasını reallaşdıracaq əsas faktorlardan biridir.

Hər hansı xəstəliyin müalicəsi, əlbəttə, ilk növbədə həkimin müayinə və diaqnozundan çox asılıdır. Dünyanı vahimə içərisində saxlayan koronavirusun da müalicəsi, təbii ki, onun profilaktikasından başlayır. Dünya səhiyyəsinin son nailiyyətlərini nəzərə alsaq, bu virusa yoluxmanın qarşısının alınması ilə bağlı həyəcanı müqayisə etmək o qədər də asan deyil.

Koronavirusa yoluxaraq dünyasını dəyişənlərin müxtəlif yaş qruplarına aid olması ilə bağlı Çinin Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzinin yaydığı statistikaya nəzər salsaq görərik ki, bu bəladan həyatını itirənlərin 2,8 faizi kişilər, 1,7 faizi isə qadınlardır. Virusa yoluxanların 80 yaşdan yuxarı olanları - 14,8, 70-80 yaşarası - 8, 60-70 arası - 3,6, 50-60 arası - 1,3, 40-50 arası - 0,4, 30-10 arası - 0,2 faizdir. 10 yaşadək uşaqlarda isə ölüm faizi yoxdur.

Təəssüfləndirici haldır ki, dünyada koronavirusa yoluxanların sayı durmadan artmaqdadır. Bu fakt Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatda da təsdiqlənib. Antarktidadan başqa, bütün qitələrə yayılmış virusdan xilas yolları araşdırılmaqdadır.

Çinin hüdudlarından kənarda koronavirusa yoluxanların sayı müxtəlif mənbələrdə fərqli rəqəmlərlə göstərilir. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxanon Gebreyesusun bu barədə verdiyi məlumatlara görə, virus artıq 127 ölkədə yayılıb. Bu vurusa ən azı 148051 nəfər yoluxub ki, onlardan 5544-ü dünyasını dəyişib. Onlardan 144-ü yeni ölüm faktıdır. 78116 nəfər sağalıb. Onlardan 2334-ü yeni sağalanlardır. Diqqətçəkən məqam isə Çin ərazisində yoluxma sürətinin son günlər azalmağa başlamasıdır.

Koronavirusun "doğulduğu” Çində martın 13-də dünyasını dəyişənlərin sayının azalaraq cəmi 7 nəfər olduğu bildirilir. Lakin gün ərzində virusa yoluxanların sayında artım olub: 8 nəfər. Çində daha 1318 nəfər isə sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində bu bəlaya yoluxanların sayı 80813 nəfərdir. Həmin ölkənin 64111 sakini yeni virusdan sağalsa da, 3176 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bu xəstəliyə yoluxma ən aşağı göstərici hesab edilib.

Virusun sürətlə yayılması ilə bağlı Dünya Səhiyyə Təşkilatının "həyəcan təbili” çalması ilə yanaşı, bir neçə həftədən sonra müxtəlif ölkələrdə koronavirusa qarşı hazırlanan peyvəndlərin ilk nəticələrini öyrənmək mümkün olacağı da bildirilir. Bu ümidverici xəbəri şərh edərkən Dünya Səhiyyə Təşkilatının baş direktoru eyni zamanda onu da vurğulayıb ki, infeksiyanın qeydə alındığı ölkələr onun qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirməsə, koronavirusun yayılması ilə bağlı vəziyyət nəzarətdən çıxa bilər.

Operativ Qərargah əhaliyə çağırış edib

Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahda (COVID-19) virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Müşavirədə təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Bu qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Virusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.

Müşavirədə qeyd edilib ki, sosial şəbəkələrdə və "WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır. Buna cavab olaraq bildirilib ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.

Restoran və kafelərdə iş rejimi axşam saat 21:00-dək davam edir və müvafiq dövlət strukturları tərəfindən həmin iaşə obyektlərinin gecə fəaliyyət göstərəcəyi barədə yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.

Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.

Koronavirus infeksiyasının (COVID-19) sürətlə yayılması heç bir dövlət tərəfindən gizlədilmir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Buna görə də virusun qarşısının alınması istiqamətində DST-nin tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan ərazisində də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Şayiələrə, saxta ajiotaj yaradan informasiyalara inanmayın

Qəbul olunmuş qərarda o da göstərilir ki, koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq ediləcək. Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən KİV, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə şayiə və ajiotaj yaranmasına yol verməməli, narahatlığa səbəb olacaq məlumatlar, dezinformasiyalar yaymaqdan çəkinməlidir.

Televiziya kanallarının üzərinə bu məsələdə daha çox yük düşür. Onlar analitik verilişlərdə məsələni müzakirəyə çıxarmalı, ekspertlər tərəfindən şərhini təşkil etməlidirlər. Saytlar məsələni davamlı şəkildə gündəmdə saxlamalı, müvafiq şərhlər, müsahibə və rəylər verməlidirlər.

Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvafiq hüquqi məsuliyyət doğuracaq.

Ölkə əhalisindən və KİV-dən bütün dünyada yaranmış hazırkı vəziyyətlə bağlı maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində o da bildirilib ki, artıq bir sıra tədbirlər qadağan edilir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, kafelərlə bağlı xüsusi təlimatlar hazırlanacaq: "Bununla Qida Təhlükəsizliyi Agentliyi qısa zamanda məşğul olacaq. Bu rejimin olması o demək deyil ki, Azərbaycanda vəziyyət gərgindir. Sadəcə qabaqlayıcı tədbirdir ki, başqa ölkələrdəki kimi kütləvi hal almasın. Koronavirus pandemiya elan edilsə də, Azərbaycanda koronavirus pandemiya vəziyyətində deyil. Bəzi saytlar ajiotaj yaradır. Buna qarşı da hüquq mühafizə orqanları tədbirlər görəcəklər”.

Hökumət tərəfindən qoyulan qaydalara riayət etməyən obyektlər bağlanacaq. Qadağalar pozulduğu təqdirdə cərimələr tətbiq olunacaq. Vəziyyətə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti, Daxili İşlər Nazirliyi cərimələri tətbiq edəcək.

İ.Məmmədov onu da bildirib ki, ərzaq çatışmazlığının yaranacağı ilə bağlı yayılan məlumatlar yalandır: "Hazırda ölkənin ərzaq ehtiyacı tam təmin olunub”.

Koronavirusla bağlı yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

Dünya koronavirusa qarşı birləşir

Hələlik (az qala hər saat rəqəmlər dəyişilir) Fransada koronavirusa yoluxanların sayı 3661 nəfərə, virusdan ölənlərin sayı isə 79 nəfərə çatıb. Bu barədə "TASS” məlumat yayıb. Fransanın İctimai İşlər və Səhiyyə naziri Olivye Veran "yoluxanların sayı 3661 nəfər təşkil edir, bu, dünənki göstəricidən 800 nəfər çoxdur”, - deyə bildirib ki, ölənlərin sayı son gün ərzində 18 nəfər artaraq 61-dən 79-a çatıb.

Son 24 saat ərzində Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45-ə çatıb. Rusiya Federasiyasında koronavirusa yoluxmuş 45 nəfər qeydə alınıb. Onlardan 42 nəfəri Rusiya, 2-si Çin Xalq Respublikası, biri isə İtaliya vətəndaşıdır.

İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib. İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Anjelo Borrelli deyib ki, ölkədə 213 nəfər sağalıb, onların sayı 1258-ə çatıb. Onun sözlərinə görə, ölən və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 15 mini keçib.

ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma halları 1162 nəfərə çatıb. 37 nəfər bu virusun qurbanına çevrilib. Bundan əvvəl 1938 nəfərin virusa yoluxduğu deyilirdi və paytaxt federal dairə Kolumbiya da daxil olmaqla, 36 ştatda yoluxma hallarının olduğu ehtimal edilirdi. Ölənlərin sayının bundan əvvəlki göstəricisi isə 29 nəfər olub. Daha çox yoluxma halları Vaşinqton, Nyu York və Kaliforniya ştatlarında qeydə alınıb. Artıq Vaşinqton və Nyu Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Gürcüstanın bütün dövlət qurumları isə koronavirusla bağlı 24 saatlıq fövqəladə iş rejiminə keçib. Ölkənin Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında vurğulayıb ki, xüsusən səhiyyə, daxili işlər, təhsil, ədliyyə, xarici işlər və maliyyə nazirlikləri fövqəladə rejimdə fəaliyyət göstərirlər.

Gürcüstanın Baş Nazirinin sözlərinə görə, Gürcüstan Almaniya, Fransa, Avstriya və İspaniyadan gələn şəxslərin ölkəyə daxil olmasını da sərtləşdirib. Həmin ölkələrdən qayıdan Gürcüstan vətəndaşları 14 günlük karantində saxlanılacaq. Əcnəbi vətəndaşlar isə koronavirusa aid testin cavabı ilə bağlı arayış təqdim etməli, yaxud karantində qalmalı olacaqlar. Çin, Cənubi Koreya və İtaliyadan Gürcüstana gələn şəxslər üçün də məhdudiyyətlər qüvvədədir.

Fransada sutka ərzində koronavirus xəstələrinin sayı təxminən 600 nəfər artaraq 2876 nəfərə çatıb, qurbanların sayı 60-ı keçib. Son məlumatlara görə, Fransada 2876 xəstələnmə faktı təsdiq edilib, 129 nəfərin vəziyyəti ağırdır. 61 nəfər isə həlak olub.

Avropanın daha iki ölkəsində fövqəladə vəziyyət elan edilib

Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib. Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssisələrində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.

Estoniyada mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub. Latviyada 16, Estoniyada isə 27 koronavirusa yoluxma faktı qeydə alınıb.

Türkiyədə koronavirus daşıyıcılarının sayı hələ ki 2 nəfərdir. Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, turizm müəssisələrinin mövsüm açılışı martın 16-dan aprelin

16-na keçirilib. Türkiyənin Ali Təhsil Şurası martın 16-dan başlayaraq ali təhsil müəssisələrində 3 həftəlik tətilin olacağını elan etməklə yanaşı, universitetlərdə bütün tədbirlərin müvəqqəti olaraq ləğvi haqqında qərar verib. Tətildən sonra Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərara uyğun addımlar atılacaq. Ölkə miqyasında bir çox mədəni-kütləvi tədbirlər də təxirə salınıb, hətta bəzi özəl teatrlarda biletləri satılan tamaşaların nümayişi belə ləğv olunub. Türkiyə Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv olunduğunu açıqlayıb. Bir çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək tədbirlərin tarixini dəyişib.

Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların təsdiqlənmiş sayı 62-yə çatıb. Bundan əvvəl ölkədə 45 nəfərin virusa yoluxduğu bilinirdi. Avstraliyanın Daxili İşlər naziri Piter Dattona koronavirus diaqnozu qoyulub. Hazırda bu ölkədə koronavirus daşıyıcılarının sayı 160 nəfərdir. 3 nəfər isə artıq dünyasını dəyişib. İspaniyanın Ərazi Siyasəti və Dövlət Qulluğu naziri Karolina Darias da koronavirusa yoluxub. Bundan öncə isə İspaniyanın Bərabərlik nazirində koronavirusun aşkarlandığı bildirilirdi. Belçikada koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb. Ölkədə üç nəfər infeksiyanın qurbanı olub. Martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən 3 nəfər İtaliya vətəndaşının virus daşıyıcısı olduğu müəyyənləşib.

Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb, onlardan biri ölüb. Hələlik Çilidə 23, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə 8 nəfərə koronavirus diaqnozu qoyulub.

Dünyanın daha 3 ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb. Mərkəzi Afrikada yerləşən Qabonda 27 yaşlı ölkə vətəndaşı bu virusa yoluxub. Onun yaxın günlərdə Fransadan qayıtdığı, karantinə alındığı, vəziyyətinin yaxşılaşdığı bildirilir. Koronavirusun ilk dəfə aşkarlandığı daha bir ölkə Qanadır. Virusa iki yerli sakin tutulub ki, onlardan biri Norveçdən, digəri isə Türkiyədən qayıdıb. Hər iki xəstə karantinə yerləşdirilib.

Rumıniyada koronavirusa yoluxanların sayı 29-dur. Ölkə ərazisində xəstələrin sayı birdən-birə 17-dən 29-a yüksəlib. Xəstələrin əksəriyyəti İtaliyadan gələn koronavirusa yoluxmuş bir şəxslə ünsiyyətdə olublar. Paytaxt Buxarestdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə, 107 nəfər karantinə alınıb. Ölkə ərazisindəki bütün məktəblərdə martın 22-nə kimi tətil elan olunub.

Nəhayət, Ermənistanda koronavirusa yoluxanların sayı səkkiz nəfərdir.

"Şagirdlərin dərs proqramından geri qalmaması üçün videodərslərin keçirilməsinə başlanıb”

Bunu Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O, deyib ki, koronavirusa yoluxan bir nəfər dünyasını dəyişib: "Ancaq o şəxsin də vəziyyəti digər xəstəliklərlə bağlı ağır olub, koronavirusdan həyatını dəyişməyib. İndiyə qədər koronavirusa yoluxan 3 nəfər sağalıb. Karate yarışı ilə bağlı tədbir ləğv olunub. Bakıda keçiriləcək "Formula-1” ilə bağlı hələ qərar yoxdur. "Formula-1” yayda keçirilməlidir. O dövrə qədər vəziyyətdən asılı olaraq qərar qəbul ediləcək. Məktəblər mart ayının 27-dək dayandırılıb. Ola bilsin həmin vaxta bir neçə gün qalmış vəziyyət dəyərləndirilsin və sərəncam olsun. Amma bu, həmin o zamana yaxın vaxtlarda müzakirə oluna bilər”.

Azərbaycan hökuməti virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirləri yüksək səviyyədə davam etdirir. Yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir. Bütün bağça, orta məktəb və ali təhsil müəssisələrində, hər növ ictimai nəqliyyatda, dövlət və özəl müəssisələrdə dezinfeksiya işləri aparılır.

Gömrük-sərhəd buraxılış məntəqələrində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” və "Biləsuvar” gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Hər bir nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.

Ölkəmizə gətirilən yüklər Azərbaycan Respublikasına aid avtomobillərə boşaldılır. Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 19-dək məhdudlaşdırılır.

Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 "Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəklər.

Martın 15-dən 19-dək sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Vətəndaşlara "Elektron hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə olunur. Vətəndaşların nəzərinə o da çatdırılır ki, martın 20-dən 28-dək Novruz bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri olacaq.

Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın

10-dan 20-dək tədris, təlim-tərbiyə prosesi dayandırılıb və tədbirlər təxirə salınıb. Təhsil Nazirliyi bu müddət ərzində şagirdlərin dərs proqramından geri qalmaması üçün videodərslərin keçirilməsinə başlayıb.

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün 10 gün müddətinə bağlanıb

Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisindəki Azərbaycan vətəndaşlarının öz vətəninə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək: "Ölkələrlə ciddi nəzarət altında gediş-gəliş saxlanılır. Aviareyslər məhdudlaşdırılıb, amma bir çox ölkələrin bizdə olan vətəndaşları ölkələrinə gedirlər, bizim vətəndaşlar geri gəlmək istəyirlər. Ona görə ciddi nəzarət altında gediş-gəliş saxlanılır”.

Toy məclisləri və yas mərasimlərinin keçirilməsinə müvəqqəti qadağa

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 14-15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy, həmçinin (dəfn mərasimləri istisna olmaqla) mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas məclislərinin keçirilməsi qadağan olunur.

İctimai nəqliyyatda dezinfeksiya tədbirləri davam etdirilir. Qısa müddətdə ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək ki, onlar ticarət mərkəzlərini də əhatə edəcək. Böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə, alıcılar bir-birindən 1 metr məsafədə olacaqlar.

Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı da ləğv edilib. Məlumatı Ümumdünya Karate Federasiyası yayıb. Yarışın ləğvinə koronavirus epidemiyası səbəb olub. Qeyd edək ki, sayca 55-ci Avropa çempionatı martın 25-29-da keçirilməli idi.

Qaydalara əməl edib, qorunmaq lazımdır

Bütün bunlarla yanaşı, nikbinliyi artıran bir səbəb də var: tezliklə havaların istiləşəcəyi. O zaman ölkədə bu virus tapılsa belə infeksiya tədricən sönəcək. Buna qədər isə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmək vacibdir. Xüsusilə də gigiyenik qaydalara əməl edilməlidir.

Tibbi mütəxəssislərin fikrincə, profilaktik tədbirlər düzğün aparılsa, ən az itki ilə bu vəziyyətdən çıxmaq olar. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə virusun ölkəmizdə daha geniş yayılma təhlükəsinin olmadığını, bütün qabaqlayıcı tədbirlərin aparıldığını deyir.


Nəhayət, bu da koronavirusa müraciət:

Bir bəla olmusan, külli-aləmə,

Düşmüsən dillərə, koronavirus!

Hamı səndən qorxur, səndən danışır,

Qoymusan elləri virana, virus,


Düşmüsən dillərə, koronavirus!

Vərəm də deyirlər adına sənin,

Nələri mən salım yadına sənin?!

Neçələri yandı oduna sənin,

Sənin icad edənin goruna, virus,


Düşmüsən dillərə, koronavirus!

Cavansan, qocasan, qoçaqsan, nəsən,

Hansı peyvəndlərdən qaçaqsan de sən?!

Kimin bəlasısan, hardan gəlmisən,

Qoy dönüm mən onun zoruna, virus,


Düşmüsən dillərə, koronavirus!

Kimisinə yem yerisən, bilirsən?!

Kimisinin ətin-qanın yeyirsən!

Çoxlarının xatirinə dəyirsən,

Düşmüşük milçək tək toruna, virus,


Düşmüsən dillərə, koronavirus!

Yoxsa səni ABŞ - o Buş yaratdı?!

Bu nə dəyər, bu qiymət – urvatdı?!

Qocalı-cavanlı, kişi-arvatdı

Dönmüşdü çoxları harına, virus,


Düşmüsən dillərə, koronavirus!

Deyirlər dərmanın yoxdu hələ ki,

Ömrün qısa deyil deyilən təki.

Maska yoxa çıxıb sən gələn təki,

Tez düşür deyirlər buruna virus,

Düşmüsən dillərə, koronavirus!


Məhəmməd NƏRİMANOĞLU




SON XƏBƏRLƏR

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

18:57 “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

16:50 Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

15:39 Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir

13:56 Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

12:07 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

11:50 Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

11:45 Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

10:27 QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib

10:24 Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

2020-04-02

10:57 Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

10:13 Saralmış payız yarpaqlarıdır yazdıqlarım

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Product image

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb