Sənəti sənətkar yaradar və yaşadar - Samirə Səməninin əl işləri də bunu təsdiqləyir

Mədəniyyət / 16.03.2020 12:31

Bədii sənətlə texnikinin arasında "bir dünya fərq” var. Biri var ki, hansısa texniki avadanlıq vasitəsilə yaradasan o sənət nümunəsini, biri də var ki, özünün təxəyyül və fitri istedadınla "cansıza can verəsən”.

Bədii əsərlər müəlliflərinin arasında həmin sənətin təhsilli mütəxəssisləri ilə yanaşı, həvəskarları da az deyil. Məslən, həkim var ki, daha çox şair kimi sevilib, riyaziyyatçı, adicə, mühasib tanıyırıq ki, qələmindən və qəlbindən süzülənlər könülləri ofsunlayır. Müəllim görmüşük və dərs almışıq ki, zərgər kimi, "barmaqları zər kəsib”...


Uşaqlıqdan, lap hələ Kəlbəcərdə dünyaya göz açan vaxtlardan müxtəlif sənətlərə marağını gizli saxlayan Samirə Səfər qızı İbrahimovanı peşəkar rəssamlıq məktəbini bitirməsə də, fırçası ilə "dil açan” rəsmləri onu kamil sənətkarlara da sevdirib, əsərlərinə heyranlıqla tamaşa etməkdən doymayan tamaşaçılarına da.

Açığı, sosial şəbəkələrdə bəzən elə istedadlı gənclərimizə rast gəlirsən ki, inanmırsan onların həvəskar olmalarına. Bax, belələrindən biri də həvəskar rəssam, bədii sənət nümunələrini təvazökarlıqdan geniş şəkildə sərgiləməyən Samirə xanım İbrahimovadır.



1986-cı ildə Kəlbəcər şəhərində dünyaya göz açan Samirənin bəxtinə oradakı 1N-li orta məktəbin şagirdi olmaq kimi xoşbəxtlik yazılmamışdı. 1993-cü ilin qanlı aprel günlərində o da ailəsi ilə birlikdə doğma beşiyindən didərgin düşdü. O vaxtdan yurd həsrətini tənha anlarında lirik misralara çevirən Samirənin ürəyi bununla soyumayıb, başlayıb xəyalında yaşatdığı dağların, ana təbiətin füsunkarlığını duyğularında cilalamağa. Hələ orta məktəbdə oxuduğu illərdə (Bakı şəhərinin Günəşli yaşayış massivindəki 285 nömrəli tam orta məktəbinə sığınmış Kəlbəcər 12 saylı tam orta məktəbini bitirib), daha doğrusu, 5-6-cı siniflərdə oxuduğu vaxtlar "Ədəbiyyat” kitabındakı klassik Azərbaycan yazıçı-şairlərinin, eləcə də tarixi şəxsiyyətlərimizin portretlərini cızıb. Bununla da təsəllisi düşməyib. Milli bayramımız olan "Novruz”un ən çox yadda qalan, diqqət çəkən, baharın gəlişini rəmzi ifadə edən səməni yetişdirməyə başlayıb. Bu səmənilər hər kəsin yetişdirdiyinə bənzəməyib, həcminə və şərti adlarına görə.



İlləri arxada qoyduqca Samirə xanımın istedadı özünü daha qabarıq şəkildə göstərib. Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən 21 saylı tam orta məktəbində texniki işçi kimi çalışan, burada bədii tərtibat işləri ilə məşğul olan həvəskar rəssamın arzuları çoxdur: peşəkar rəssamlardan dərs almaq, bunun üçün ciddi hazırlaşır. Erməni vandalizminin qurban olmuş Qarabağımızın füsunkar təbiətini kətana köçürmək də onun arzuları sırasındadır.

Ən çox sevdiyi əl işlərindən biri bu il "Novruz” ərəfəsində həcminə görə rekord sayılacaq (3mx2m) səmənidir ki, xalqımızın milli adət-ənənəsinə sadiq olaraq "qara bayram” günü Fəxri xiyabana, Ulu Öndərimiz Heydər Əliyevin müqəddəs məzarı üstünə aparıb.


Vətənpərvərliyi ilə də seçilən Samirə İbrahimovanın səməni sevgisi qeyri-adidir. Deyir ki, səməni torpağın oyanışı, xalqın dirçəlişi, qışın ağırlığından yazın yüngüllüyünə çıxmaq rəmzidir: "Səməni evlərə həm də bir ruzi-bərəkət gətirər,-deyirlər. Mənim səməni sevgim, yalnız sənətlə bağlı deyil. Milli-mənəvi dəyərlərimizdən olan "Novruz”un atributlarını yaşatmaq, sevdirmək, gələcək nəsillərə onun mahiyyətini bu yolla anlatmaqdır. Səmənilərimə rəmzi ad da verirəm: "Qədim Azərbaycan”, yəni bütöv Azərbaycan – Şah İsmayıl Xətainin qurduği dövlət, "Ulu Öndər–Heydər Əliyev”, "Azərbaycan”, "İlham Əliyev”, "Qarabağ bizimdir”, "Kəlbəcər həsrəti”, Dədə Şəmşirin 125 illiyinə həsr etdiyi "Ədəbi sil-silə dağlar”və s.


Budur, onun milli-mənəvi dəyərlərimizə sədaqəti, sevgi və məhəbbəti. Əllərinin sığalı ilə göz oxşayan, bir-birindən fərqli formalarda boy atan səmənilər onun həm də ruhunun, qəlbinin istəklərindən boylanan arzu-diləyidir sanki. Qoy arzuları da yetişdirdiyi səməniləri kimi cücərsin, boy atsın, onu və xalqımızı, "Novruz” sevənləri sevindirsin - Qarabağımız, onun bir parçası olan doğulduğu Kəlbəcər tapdaqdan azd edilsin, amin!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



SON XƏBƏRLƏR

2020-04-10

18:00 Milli Məclisin komitəsi insanları qanvermə aksiyasına qoşulmağa çağırır

17:46 Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

17:29 Prezident İlham Əliyev: Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib

17:21 İlham Əliyev: Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır

17:14 Azərbaycanda ali məktəblərə qəbul olunan tələbələrin sayı 21 faiz artıb

17:07 İlham Əliyev: Türk Şurasının ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür

16:52 Ombudsman Səbinə Əliyevanın rusiyalı həmkarı ilə onlayn görüşü olub

16:30 Avropa Şurasının baş katibi Avropanın pandemiyaya hazır olmadığını deyib

16:12 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:59 Vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər - BNA

15:46 Milli Məclisin Gənclər və idman komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

15:15 Ərzaq və gigiyenik paketlər könüllülərin köməyi ilə ehtiyaclı ünvanlara çatdırılıb (FOTO)

14:27 Mədəni irsimizin tanıdılması məqsədilə uşaqlar üçün video təqdim olunub

14:08 Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək

13:25 Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

13:22 Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

10:45 Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

10:04 Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

09:52 AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır

2020-04-09

22:52 Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

22:37 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)

22:12 10 min işsizə birdəfəlik ödəmə köçürülüb

21:07 Qoruqların gəlirləri 15 dəfə artıb

20:15 Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

19:40 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

19:09 BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)

18:44 Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

18:00 Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

16:40 Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

16:36 "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)

16:19 Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah

14:29 Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir

11:46 Əli Əsədov: Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb