ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

Cəmiyət / 17.03.2020 10:00

ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub və Metabolic Balance proqramının Azərbaycanda ilk ekspertlərini hazırlayıb.

Metabolic Balance beynəlxalq proqram çərçivəsində, Sağlam Qidalanma, Diyet və Piylənmənin Profilaktikası Akademiyasında (ANDOP) 3 günlük intensiv təlim keçirildi. Bu təlim ANDOP və Metabolic Balance International arasında rəsmi əməkdaşlığın başlanğıcı olub, gələcəkdə də Azərbaycanda ekspertlərin hazırlanmasını həyata keçirəcək.

Təlimdə Metabolic Balance International-ın Türkiyyədən dəvət olunmuş ekspertləri və təlimçiləri - Dr. Altay Öktəm və Kamuran Dəmirtaş, o cümlədən ANDOP-un həmsədri və MetabolicBalance proqramının Azərbaycan Təmsilçisi - Dr. Emil Hidayətli də iştirak edirdi.

Proqramın təqdimatında Metabolic Balance International-ın icraçı direktoru Rayner Herbert Keller açılış sözü ilə çıxış etdi və fərdi qidalanma hesabına metabolizmin tənzimlənməsinin hər birimizin sağlamlığı üçün çox vacib olduğunu qeyd etdi.

Metabolik Balans hər kəs üçün fərdi olaraq hazırlanan qidalanma proqramıdır. Bu proqram vasitəsi ilə sağlam şəkildə sabit, ideal çəkiyə sahib olmaq mümkündür.

Cari sağlamlıqvəziyyəti, laboratoriya analizləri və fiziki xüsusiyyətlərnəzərə alınaraq, Metabolik Balans proqramı hər kəs üçün fərdihazırlanır: əvvəlki qidalanma vərdişləri dəyişdirilərək, daha sağlam, daha balanslı və özəl bir qidalanma vərdişinin qazanılmasına kömək edir.

Metabolik Balans təkcə arıqlamaq üçün yox, həmçinin kökəlmək və ya maddələr mübadiləsini normallaşdırmaq üçün də tətbiq edilə bilər.

Almaniyada doktor Volf Ekart Funfək tərəfindən təsis edilərək, təkmilləşdirilən bu proqram təxminən 30 ölkədə tətbiq edilir. Türkiyyədə isə 2009-cu ildən etibarən, geniş şəkildə tətbiq edilir.Dünyanın təxminən 30 ölkəsində bu proqramın 3000-ə yaxın təmsilçisi, 1 milyondan çox istifadəçisi var.

Üzərində kliniki tədqiqatlar aparılan yeganə qidalanma proqramı olan Metabolik Balans günü-gündən daha çox insanın ideal çəkiyə sahib olmasını təmin edərək, sağlam həyat tərzi sürmələrinə dəstək olur.

Dünya miqyasında sağlamlıqla bağlı ciddi problemlərə səbəb olan piylənmə ilə mübarizə aparmaq üçün insanın bu problemin fərqinə varması, öz metabolizminə uyğun qaydada qidalanması lazımdır.

Bu baxımdan, Metabolik Balansı adi bir pəhriz saymaq düzgün olmazdı. Bu, insan orqanizminə ən çox uyğun olan qidaların sayəsində metabolizmin tarazlı şəkildə işləməsini təmin edən və bunun nəticəsində, həyat səviyyəsini artıran sağlam qidalanma proqramıdır. 4 mərhələdən ibarət olan bu proqramı məqsədyönlü şəkildə həyata keçirdikdə istənilən çəkiyə asanlıqla sahib olmaq mümkündür.

Ölkəmizdə yalnız "Metabolik Balans” təhsili alan həkimlər tərəfindən həyata keçirilən bu proqramın "Hazırlıq dövrü” iki gün çəkir. İkinci mərhələ"Çətin dövr” adlanır və ən azı 14 gün çəkir. "Rahat dövr” adlanan üçüncü mərhələdə isə rasiona əlavə qidalar daxil edilir. Dördüncü mərhələ isə ömür boyu davam edəcək "Qoruma dövrü”dür. Bu mərhələdə qidalanmanın əsas şərtlərinə əməl edərək, nəzarətli şəkildə bütün sağlam qidalar yeyilə bilər.

Bir şəxs üçün Metabolik Balans proqramı hazırlanarkən qidaların kimyəvi tərkibləri onun biokimyası ilə müqayisə edilir, ehtiyacı olduğu miqdarda və çeşiddə makro və mikronutriyentlər, protein, vitamin, mineralların istifadəsi təmin edilir. Fərdi olaraq hazırlanan bu qidalanma proqramı ancaq həmin insanın metabolizminə uyğun olur: bütünlükdə, həmin şəxsin sağlamlıq vəziyyətinə, cari laboratoriya dəyərlərinə və fiziki xüsusiyyətlərinə görə hazırlanır.

Bədənimizin tarazlığı hormonlar tərəfindən idarə olunur. Orqanizmimiz bu hormonları ifraz etdikdə problem yaranmır. Amma artıq çəkili insanlarda hormonların ifrazında əskiklik olur.Bədənimizin hormonal tarazlığını bərpa etsək, sağlam şəkildə arıqlaya və metabolik sindrom sayılan hipertoniya, qanda triqliseridlərin artımı, 2-ci tip diabet kimi xəstəliklərdən qoruna bilərik. Metabolik Balans proqramı bu hormonal tarazlığı, xüsusilə də, orqanizmdə insulini normal səviyyədə saxlamaq üçün hazırlanan bir sistemdir. Bu tarazlığı qorumaq üçün çox vacib 8 əsas qayda var.

Metabolik Balans qidalanma proqramı metabolizmin sağlam qaydada işləməsini təmin edərək, ideal çəkiyə sahib olmağa və bu çəkini sabit saxlamağa kömək edir.

Proqram məqsədyönlü şəkildə həyata keçirildikdə insan ideal çəkiyə sahib ola bilir. Eyni zamanda, əzələ və birləşdirici toxumalarda da tarazlıq yaranır, dəri elastikləşir və hamarlaşır. Həmçinin, insan daha enerjili olur və gün ərzində məhsuldarlığında, konsentrasiyasında hiss ediləcək dərəcədə fərq görülür. Bu proqramla qidalanan insan get-gedə daha rahat yuxulayır, fiziki baxımdan özünü daha güclü hiss edir. Nəticədə, daha sağlam, daha aktiv, daha gümrah olur və bu xüsusiyyətləri ətrafındakılara da yansıdır.

8 əsas qayda:

1. Hər gün 3 dəfə qidalanmaq lazımdır.

2. Qidalanmalar arasında fasilə ən azı 5 saat olmalıdır.

3. Hər dəfə qidalanma müddəti 1 saatdan çox olmamalıdır.

4. Yeməyə proteinlə başlamaq lazımdır. İlk qida mütləq protein olmalıdır.

5. Hər qidalanmada təkcə bir çeşid protein yeyilməlidir və növbəti qidalanmada həmin çeşid proteinyeyilməməlidir.

6. Son qidalanma maksimum saat 21:00-da bitməlidir.

7. Hər gün 1 ədəd alma mütləq yeyilməlidir.

8. Orqanizmimizin ehtiyacı olduğu miqdarda su içilməsi mütləqdir (hər kq-a 35 ml).

Bu proqram nə zaman uğurlu və faydalı ola bilər?

- Öz istəyinizlə arıqlamaq və ya kökəlmək üçün konkret bir üsula ehtiyacınız var və əlaxüsus, bunu sağlam bir şəkildə həyata keçirtmək istəyirsinizsə;

- Artıq çəki və ya yanlış qidalanma nəticəsində sağlamlıqla bağlı probleminiz varsa (məsələn, şəkər xəstəliyi, revmatizm, xroniki miqren, maddələr mübadiləsinin pozğunluğu, yüksək təzyiq və s.) ;

- Enerjili, gümrah və fiziki cəhətdən formada olmaq istəyirsinizsə;



SON XƏBƏRLƏR

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

18:57 “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

16:50 Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

15:39 Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir

13:56 Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

12:07 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

11:50 Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

11:45 Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

10:27 QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib

10:24 Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

2020-04-02

10:57 Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

10:13 Saralmış payız yarpaqlarıdır yazdıqlarım

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Product image

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb